Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Qış mövsümü mülayim keçdiyinə görə arılar yuxuya getməyib"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qış mövsümü mülayim keçdiyinə görə arılar yuxuya getməyib"

Arıçılıqda məhsul istehsalına müsbət təsir edən əsas amillərdən biri erkən yaz dövründə arı ailələrinə qulluğun düzgün aparılmasıdır. Arıçıların arı pətəklərində görəcəyi işlər bol məhsulun əldə olunması baxımından əhəmiyyətlidir.

 

Reklam_3_11

Yaz ərəfəsində Aran bölgəsində arıçılıq təsərrüfatlarında canlanma müşahidə edilir. Hazırda bal arıları qüvvələrini artırmaq üçün balavermə dövrünə qədəm qoyub.


Saatlıdan olan təcrübəli arıçı Ehtiram Məmmədov bildirib ki, arıların yaz mövsümünə sağlam başlaması üçün hazırda yeşiklərə ötən ildən qalan bal əlavə edilir. Qış mövsümü mülayim keçdiyinə görə arılar yuxuya getməyib. Yeşiklərdə ehtiyat kimi yığılan bal aktiv dövr keçirdiyi üçün arılar tərəfindən daha tez mənimsənilib. İndi arılara qida olaraq verilən bal əvvəlcə su qazanında isidilir, daha sonra selofan torbalara yığılaraq qida az olan yeşiklərə qoyulur. Bu bal arılar üçün qida olmaqla yanaşı, həm də müalicəvi xarakter daşıyır.

 

Arıçının sözlərinə görə, qış nə qədər sərt keçərsə, bal arıları yaza bir o qədər güclü çıxar. Çünki şaxtalı havalarda arılar yeşikdə yumaq şəklində bir araya toplaşaraq istilik yaradır və qış yuxusuna gedərək qidadan az istifadə edirlər. Yaz öncəsi aktivləşməyə başlayan arılar həmin qidadan bəslənərək bala vermə dövrünə qədəm qoyur. Təsərrüfat sahibi deyir ki, qışın mülayim keçməsinin arılara mənfi təsir göstərməsinə baxmayaraq, yeşiklərdə bala vermə prosesi normaldır. Lakin qida azaldığı üçün hazırda arıçılar tərəfindən yeşiklərə əlavə bal yerləşdirilir. Bir neçə gündən sonra yumurtadan çıxacaq bal arılarının ilk işi yeşikdə müəyyən vəzifələri yerinə yetirməkdən ibarət olacaq. Daha sonra yaz gəldikdə işlər ana arı tərəfindən arılar arasında bölünəcək.

 

Ehtiram Məmmədov söyləyir ki, bal arıları öz aralarında müxtəlif işlərə bölünür. Hətta qapıda dayanan keşikçi arılar olur ki, onlar da işləyən arılara nəzarət edir.

 

Qeyd edək ki, yaz ərəfəsində işə başlayan arılar mövsüm boyu özlərinə qış azuqəsi yığmaqla yanaşı, sahibləri üçün də bal məhsulu toplayacaqlar. Bu proses payızadək davam edəcək.

 

© Azərtac

24.02.2020 05:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ