Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Beynəlxalq Bankdan sahibkarlara həsr olunmuş imic çarxı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankdan sahibkarlara  həsr olunmuş imic çarxı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Beynəlxalq Bankı sahibkarlıq fəaliyyətinə dəstəyini digər istiqamətlərdə də davam etdirməkdədir.

 

Reklam_3_11

Cəmiyyətdə kiçik və orta sahibkarın işgüzar imicinin formalaşdırılması, iş adamlarının mənəvi motivasiyası məqsədilə bank maraqlı bir imic çarxını bu gün izləyicilərə təqdim edib.

 

“Böyüməyə layiqsiniz!” devizi üzərində qurulmuş imic çarxı uğurlu sahibkar olmaq üçün zəruri mənəvi keyfiyyətləri vurğulayır. Sahibkar olmağın sosial məsuliyyətini, inanma və başqalarını da inandırma, komanda qurma bacarığını diqqətə çatdırır. Eyni zamanda, biznesini böyütməyə can atan hər bir sahibkarın zəhmət, məsuliyyət hissi, komandasının və etibarlı tərəfdaşlarının köməyi ilə öz hədəflərinə çata biləcəyini göstərir.

 

İmic çarxının aşıladığı əsas ideya isə bundan ibarətdir ki, işində uğur qazanmaq istəyən hər bir sahibkar sağlam inkişaf ekosisteminin işlək bir parçası olmağa çalışmalıdır. Əgər həmin biznes subyekti özü də fəaliyyətini sağlam meyarlar əsasında qurubsa, bu ekosistem onun getdikcə böyüyüb inkişaf etməsinə şərait yaradacaq.

 

Qeyd edək ki, ölkəmizdə qeyri-neft sektorunun, kiçik və orta biznesin inkişafı Azərbaycan dövlətinin əsas prioritetlərindəndir. Müasir dövlət bankı olaraq Azərbaycan Beynəlxalq Bankı da kiçik və orta biznesdə bazar mövqelərinin genişləndirilməsini strateji hədəflərindən elan edib. Bank bu hədəfə ölkəmizin ayrı-ayrı regionlarında sahibkarlıq layihələrinin maliyyələşdirilməsi, məhsul və xidmət şərtlərinin daha sərfəli edilməsi, risk mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlar üçün innovativ həllərin yaradılması, bu sektorda işgüzar əlaqələrin gücləndirilməsi və digər bu kimi addımlar hesabına  nail olacaq. Bu gün təqdim edilən imic çarxı da bu istiqamətdə görülən işlərin tərkib hissəsidir.

 

06.03.2020 08:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ