Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Ekspert müştəri məmnunluğu yönündə “Azəriqaz”ın atmalı olduğu addımları açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ekspert müştəri məmnunluğu yönündə “Azəriqaz”ın atmalı olduğu addımları açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son zamanlar SOCAR-ın tabeliyində olan “Azəriqaz” İstehsalat Birliyində struktur və kadr islahatları həyata keçirilir. Bəs müştəri məmnunluğunun təmin olunması üçün hansı əlavə tədbirlərin həyata keçirilməsinə ehtiyac var?


Bu barədə açıqlama verən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şabana görə, müştəri məmnunluğu üçün mobil aplikasiyalar işlənib hazırlanmalıdır və rəqəmsallaşmaya daha geniş yer ayrılmalıdır: 

Reklam_3_11

 


“Bəli, “Azəriqaz” 2009-cu ilin iyulunda SOCAR-ın tabeçiliyinə keçənə kimi şirkətin ölkə daxilində kütləvi istehlakçı ilə işləmək təcrübəsi olmayıb. Lakin SOCAR qazın paylanması işini bizdən qabaq Gürcüstanda həyata keçirməyə başlayıb və bu sahədə örnək kimi göstəriləcək nəticələrə də nail olub. Yəni velosiped kəşf etməyə ehtiyac yox idi. Həmin uğurlu təcrübəni sadəcə olaraq Azərbaycanda tətbiq etmək lazım idi. Bilirsiniz ki, millətin gözü tərəzidir. Onlar əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcminin 1 700 kubmetrdən 2 200 kubmetrədək artırılmasını necə alqışla qarşılayırlarsa, mövcud çatışmazlıqlara da bir o qədər həssaslıqla yanaşırlar". 


Ekspert abonetlərin haqlı olaraq “Azəriqaz” tərəfindən müştəri məmnunluğu və rahatlığı istiqamətində növbəti addımların atılmasını gözlədiyini vurğulayıb.


“Bu gün qurumda gedən struktur və kadr dəyişiklikləri ilə yanaşı, digər əməli addımların atılmasına böyük ehtiyac var. İlk növbədə, hansı sahələrdə narazılıqların olmasını müəyyən etmək üçün daha dərin təhlil aparılmalı və müəyyən olunan qüsurlar dərhal aradan qaldırılmalıdır. Daha sonra qazın keyfiyyətinə və təzyiqinə nəzarət artırılmalı, qəzaların profilaktikası yönündə işlər aktivləşdirilməlidir. Abonent məmnunluğunu təmin etmək üçün həm də mobil aplikasiyalar işlənib hazırlanmalıdır və rəqəmsal texnologiyaların tətbiqinə daha geniş yer ayrılmalıdır. Eyni zamanda qaz təsərrüfatının səmərəliliyini artırmaq üçün yığımda problem yaradan abonentlərin “Smart” tipli sayğaclarla təchiz olunması sürətləndirilməli və qaz itkisinə nəzarət mexanizmi təkmilləşdirilməlidir”, - ekspert bildirib. 

10.03.2020 05:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ