Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Kiçik biznesin Brandonline ilə inkişafı: “ELFF” milli brendi üçün internet-mağaza!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kiçik biznesin Brandonline ilə inkişafı: “ELFF” milli brendi üçün internet-mağaza!

(®) Əl işi müəllif aksesuarlarını təqdim edən "ELFF" Azərbaycan brendi yaxın zamanlarda Brandonline texnologiyası sayəsində bir neçə dəqiqə ərzində sifarişləri yerləşdirmək fürsəti ilə paytaxtımızın dəbsevərlərini sevindirəcək. 

 

"ELFF" kolleksiyasında müxtəlif növ aksesuarlar mövcuddur – üzüklər, sırğalar, saç bəzəkləri. Bu işlərin hər biri unikaldır və müəllifin öz işinə olan sonsuz sevgisi ilə hazırlanıb, amma broşlara dizayner tərəfindən xüsusi yer ayrılıb. İstənilən forma və ölçüdə, parçadan, muncuqlardan, qarışıq texnikada hazırlanan bu aksesurların sayı hədsizdir. Bəzəklərin əksər hissəsi dizaynerin öz ideyaları əsasında düzəldilir, lakin onların bir hissəsi fərdi sifarişlərdən ibarətdir. 

 

Brendin təsisçisi Elnarə Mirsəlimovanın sözlərinə görə, müştərilər tərəfindən tez-tez verilən suallar hər zaman aksesuarların çeşidi və mövcudluğu, habelə işlərin nümunələrinə aid olurdu. Olayn-mağazanın yaradılması da uzun zamandır gözlənilən hadisədir, çünki indi bütün aksesuarlar çeşidləri qiymətləri, məlumatları və nağdsız ödəniş imkanı ilə vahid platformada toplanacaqdır. 

 

“Adi köynək və ya cins şalvar aldığımızda biz adətən aksesuarlarin geyim qədər qarderobumuzun bazasını təşkil etdiyini unuduruq. Sadə gündəlik görünüşümüzə bir vurğu əlavə etdiyimizdə o, artıq darıxdırıcı görsənmir! Onlayn tətbiqlərin işə salınmasına çox az vaxtın qalmasına baxmayaraq, biz rənglər çələngi və maraqlı dizayner həllərimizi sizinlə paylaşmağa səbrsizlənirik. Cubics şirkətinin işçi heyətinə bu cür düzgün və dəqiq təşkil olunmuş işi sayəsində əldə etdiyim fürsətə görə minnətdarlığımı bildirirəm!” – deyə Elnarə xanım əlavə etdi. 

 

Brandonline texnologiyası haqqında daha ətraflı məlumatı  www.brandonline.az vebsaytında və ya (+994 12) 480 15 74 telefon nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

03.04.2020 21:59

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ