"Meqa Sığorta" mənfəəti azalıb
"Meqa Sığorta" ASC 2019-cu ili 3 milyon 533 min manat xalis mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, 2018-ci ilə nisbətən 25,2% azdır.
Ötən il "Meqa Sığorta"nın cəmi gəlirləri 22 milyon 163 min manat (illik müqayisədə 18% az), cəmi xərcləri 17 milyon 547 min manat (16,7% az), mənfəət vergisi ödəmələri isə 1 milyon 83 min manat (8,9% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Meqa Sığorta”nın aktivləri 44 milyon 427 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,6% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,1% azalaraq 18 milyon 67 min manata düşüb, balans kapitalı isə 10,55% artaraq 26 milyon 360 min manata çatıb.
Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19%-i Rauf Əliyevə (“Rabitəbank” ASC-nin 30%-lik səhmdarı), 19%-i Nəzakət İsmayılovaya, 19%-i Zaur Quliyevə, 14%-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10%-i Zeynal Əliyevə, 10%-i Faiq Şahəliyevə (10%), 9%-i isə Yaşar Əliyevə məxsusdur.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
9 saat əvvəl
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
- 10 saat əvvəl
-
12 saat əvvəl
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya veriləcək
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda idxal gömrük rüsumuna cəlb olunan malların sayı artırılıb
- 15 saat əvvəl