Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

SOCAR Ukraynaya pulsuz yanacaq verəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR Ukraynaya pulsuz yanacaq verəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ukrayna Prezidenti Vladimir Zelenski SOCAR-ın Ukraynaya pulsuz yanacaq verəcəyini açıqlayıb.

Marja xəbər verir ki,Zelenski bildirib.

"Azərbaycan Prezidenti İlham Əliyev ilə söhbətimin nəticələrinə görə, SOCAR-ın Ukraynadakı bütün yanacaqdoldurma məntəqələrinin Ukraynada təcili yardım maşınlarına və Ukraynanın Fövqəladə Xidməti üçün pulsuz yanacaq verməsi tapşırılıb. Gecə Azərbaycandan  dərmanlarla gələn təyyarəni gözləyirik".

Xəbər verdiyimiz kimi, Ukraynaya yardım aparan Azərbaycan təyyarəsi Bakıdan havaya qalxıb. Təyyarədə ümumi dəyəri 5 milyon avrodan çox olan dərmanlar və tibbi avadanlıqlar var.

Xəbər verdiyimiz kimi, axşam saatlarında Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycana təşəkkür də edib:

"Beynəlxalq tərəfdaşlarla danışıqları davam etdirirəm. Azərbaycan Prezidenti ilə söhbət etdim. Biz göstərilən humanitar yardımı və dərmanları yüksək qiymətləndiririk. Dəstəyiniz üçün təşəkkür edirik",- Zelenski Tvitter səhifəsində yazıb.

XXX

"SOCAR Energy Ukraine" təcili tibbi yardım və yanğınsöndürən avtomobillərinə pulsuz yanacaq verəcək.

SOCAR-ın vitse-prezidentinin müavini İbrahim Əhmədov feysbuk səhifəsində yazıb.

"Ukraynada fəaliyyət göstərən "SOCAR Energy Ukraine" şirkəti, humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq ilə dəstək verəcək", - paylaşımda deyilir.

26.02.2022 22:33

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ