Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Ziraat Bank Azərbaycan”ın qazancı 2 dəfə azaldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Ziraat Bank Azərbaycan”ın qazancı 2 dəfə azaldı

“Ziraat Bank Azərbaycan” ASC 2017-ci ilin 1-ci yarısını 1 milyon 744 min manat xalis mənfəət ilə başa vurub. Bank 2016-cı ilin birinci yarısında bu ildəkindən 2 dəfə çox - 3 milyon 495 min manat xalis mənfəət əldə etmişdi.

 

“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun ayları ərzində “Ziraat Bank Azərbaycan”ın cəmi gəlirləri (faiz və qeyri-faiz) 7 milyon 91 min manat təşkil edib. Bank ötən ilin ilk 6 ayı ərzində 5 milyon 982 min manat cəmi gəlir əldə etmişdi.

 

“Ziraat Bank Azərbaycan” ASC qeyri-faiz əməliyytları üzrə zərər edib. Belə ki, Bankın 2 milyon 69 min manat qeyri- faiz gəlirinə qarşı, qeyri-faiz xərcləri 2 milyon 865 min manat təşkil edib.

 

2016-ci ilin 1-ci yarısında 3 milyon 289 min manat xalis əməliyyat mənfəəti əldə etmiş bank, bu ilin eyni dövründə 2 milyon 804 min manat əməliyyat mənfəəti təmin edib. “Ziraat Bank Azərbaycan” ötən il ehtiyatlardan mənfəətə 206 min manat əlavə etdiyi halda, bu il əməliyyat mənfəətinin 684 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb. Bu, Bankda kredit və depozit itkisi ola biləcəyinə işarədir.

 

30 İyun 2017-ci il tarixində “Ziraat Bank Azərbaycan” ASC 154,4 milyon manat aktivlərə, 91,8 milyon manat öhdəliklərə,  62,6 milyon manat cəmi balans kapitalına və  61,5 milyon manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 132 milyon 195 min manat cəmi aktivlərə, 71 milyon 566 min manat cəmi öhdəliklərə və 60 milyon 629 min manat cəmi kapitala malik idi.

 

Ötən ilin sonu ilə müqayisədə Bankın kredit portfeli 54,7 milyon manatdan 65,8 milyon manata, depozit portfeli isə 37,9 milyon manatdan 47,3 milyon manata qalxıb.

13.07.2017 06:10

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ