OPEC-in Baş katibi Məhəmməd Barkindo 2017-ci ilin sonuna qədər ABŞ şist neft hasilatçısı şirkətlərlə növbəti danışıqlara hazırlaşdığını bildirib.
Bu barədə M.Barkindo jurnalistlərə açıqlamasında deyib.
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
O bildirib ki, bundan əvvəl bu ilin mart ayında ABŞ-ın Hyuston şəhərində keçirdiyi görüş çox məhsuldar olub.
Bir sıra ekspertlər düşünür ki, amerikan şist neft hasilatçıları neft hasilatını sürətlə inkişaf elətdirərək özlərini məhv edə bilər.
FGE konsaltinq şirkətinin rəhbəri Firudin Feşarakinin "Bloomberg" agentliyinə verdiyi açıqlamasında ABŞ neft hasilatçılarının inanılmaz dərəcədə hasilatı artırdıqlarını və bunun nəticəsini düşünmədiklərini qeyd edib. O, ilin sonuna qədər ABŞ-ın neft hasilatını 800 min barel/gün artıra biləcəyini vurğulayıb.
© Report