Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın ən çox mal aldığı ölkənin valyutası bahalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın ən çox mal aldığı ölkənin valyutası bahalaşır

ABŞ Mərkəzi Bankı Fed-in sədri Janet Yellen inflyasiyaya dair açıqlamalarının faizin artırılacağına dair gözləntiləri azaldıb, bu da dolların qlobal miqyasda ucuzlaşmasına səbəb olub.


 
"Marja" xəbər verir ki, Dollar Türk Lirəsi (TL) qarşısında da geri çəkilib. Məzənnə dünən Yellenin açıqlamalarının ardından 1%-dən çox geriləyərək 3.59-dan 3.56-ı səviyyələrə qədər geriləyib.


 
 Dolar/TL bu günə 3.56 səviyyələrdən başlayıb.


 
Yellen dünən inflyasiya mövzusunda narahat olduqlarını dilə gətirib, inflyasiyanı qeyri-müəyyənlik kimi qiymətləndirib. Bu vəziyyət faizin artırılacağı gözləntilərini azaldır və bununla bağlı olaraq dolların qlobal ucuzlaşma baş verib.


 
Fed sədri Yellenin bu gün saat 17:00-də ABŞ Təmsilçilər Məclisində də təqdimala çıxış edəcək Təqdimatın dünəndən fərqli olmayacağı və bu səbəblə bazara təsirinin də olmayacağı bildirilir.

 

 

Rusiya və Türkiyənin milli valyutalarının dəyərinin dəyişməsi Azərbaycana daha çox təsir edə bilər. Belə ki, Rusiya və Türkiyə Azərbaycanın ən iri ticarət tərəfdaşlarıdır.

 

Marja” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu ilin birinci yarısında Azərbaycan ən çox malları Rusiya (661,5 milyon dollar), Türkiyə (574,2 milyon dollar) və Çindən (335,4 milyon dollar) idxal edib.

 

Azərbaycanın ən çox mal ixrac etdiyi ölkələr isə İtaliya (1,2 milyard dollar), Türkiyə (615,5 milyon dollar), Çin (340,5 milyon dollar) və Rusiyadır (289,8 milyon dollar).  Azərbaycanın ixracı əsasən neft və qaz ilə bağlıdır.

 

Birinci yarım ildə Azərbaycanın Rusiyadan idxalı 19,4%, Türkiyədən idxalı isə 16,8% artıb.

 

Rusiya və Türkiyənin milli valyutalarının dəyər qazanması Azərbaycana bu ölkələrdən idxal olunan malların bahalaşmasına, dəyərdən düşməsi isə ucuzlşamasına səbəb olur. İxracda isə tərsinə proses baş verir.

13.07.2017 08:39

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ