Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda deflyasiya başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda deflyasiya başladı

2017-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,4 faiz bahalaşmışdır. Bu barədə “Marja”ya Dövlət Statistika Komitəsindən bildirilib.

 

Reklam_3_11

2017-ci ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,1 faiz bahalaşmışdı.

 

Cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz ucuzlaşmış (deflyasiya), qeyri-ərzaq məhsulları və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşmışdır.

 

Cari ilin may ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən qeyri-ərzaq məhsullarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,1 faiz bahalaşmış, ərzaq məhsullarının qiymətləri isə 1,3 faiz ucuzlaşmışdır.

 

İyun ayı ərzində unun, qarabaşaq və manna yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, günəbaxan və qarğıdalı yağlarının, pasterizə olunmamış üzlü südün, çay və qəhvənin, mineral sular və bulaq suyunun, şəkər və şəkər tozunun, kartofun, şirin bibərin, pomidorun, xiyarın, çiyələyin, əriyin, alçanın, gilasın, tütün məmulatlarının qiymətlərində ucuzlaşma, kərə və zeytun yağlarının, kolbasa məmulatlarının, yumurtanın, almanın, limonun, soğanın, çuğundurun, göyərtinin qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

 

İyun ayında may ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının, fərdi və planşet tipli kompüterlərin qiymətlərində bahalaşma, kitabların, telefon aparatlarının, soyuducu və paltaryuyan maşınların, kondisionerlərin, ventilyatorların, şirəsıxanların, elektrik çaydanlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

 

İyun ayında əvvəlki aya nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin, ev və məişət xidmətlərinin, məişət cihazları, zinət əşyaları və saatların təmiri, respublikadan kənara istirahət turlarının qiymətlərində bahalaşma, mebel, ev əşyaları və döşəmə örtüklərinin təmiri xidmətlərinin, kafelər tərəfindən yeməklə təmin edilmə xidmətlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

 

HEYVANDARLIQ MƏHSULLARI UCUZLAŞIB

 

2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 12,5 faiz bahalaşmışdır.

 

2017-ci ilin iyun ayında may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,1 faiz, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,5 faiz ucuzlaşmış, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşmışdır.

 

Ay ərzində bitkiçilik məhsullarından lobyanın, bibərin, tərxunun, xiyarın, pomidorun, qarğıdalının, baş soğanın, kartofun, albalının, alçanın, gilasın istehsalçı qiymətlərində ucuzlaşma, baş kələmin, şüyüdün, süfrə çuğundurunun, baş sarımsağın, yonca və fındığın qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

 

İyun ayında heyvandarlıq məhsullarından yumurtanın istehsalçı qiyməti bahalaşmış, südün və quş ətinin istehsalçı qiymətləri isə ucuzlaşmışdır. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

 

2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,3 faiz bahalaşmışdır.

 

Cari ilin iyun ayında may ayına nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri  0,1 faiz, o cümlədən avtomobil nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri 3,1 faiz, boru kəməri nəqliyyatı ilə neftin nəql olunma qiyməti 0,3 faiz ucuzlaşmış, dəniz nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri 0,1 faiz bahalaşmış, qazın nəql olunma qiyməti, dəmiryol nəqliyyatında ölkədaxili və ölkələrarası yükdaşıma qiymətləri, hava nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri və avtomobil nəqliyyatında ölkədaxili yükdaşıma qiymətləri sabit qalmışdır.

 

2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 49,7 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 51,9 faiz, emal sənayesi üzrə 32,8 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 59,6 faiz, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 5,0 faiz bahalaşmışdır.

 

2017-ci ilin iyun ayında may ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 6,0 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 8,0 faiz (xam neft və təbii qaz hasilatı üzrə 8,0 faiz, metal filizlərin hasilatı üzrə 1,7 faiz), emal sənayesi üzrə 0,4 faiz ucuzlaşmış, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 2,2 faiz bahalaşmış, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə istehsalçı qiymətləri sabit qalmışdır. Ay ərzində emal sənayesində istehsalçı qiymətləri elektrik avadanlıqlarının istehsalı üzrə 7,7 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 2,1 faiz, toxuculuq sənayesi üzrə 1,3 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,9 faiz, içki istehsalı üzrə 0,6 faiz, mebel istehsalı və kimya sənayesi üzrə 0,1 faiz bahalaşmış, metallurgiya sənayesi üzrə 3,9 faiz, tütün məmulatlarının istehsalı üzrə 3,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 3,5 faiz, tikinti materiallarının istehsalı üzrə 1,4 faiz, qida məhsullarının istehsalı üzrə 0,7 faiz, neft məhsullarının istehsalı üzrə 0,3 faiz, maşın və avadanlıqların istehsalı və dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə isə 0,2 faiz ucuzlaşmışdır. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməmişdir.

13.07.2017 09:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ