Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Cəbhə bölgəsində yeni hotel işə düşdü – QİYMƏTLƏR, ŞƏRAİT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Cəbhə bölgəsində yeni hotel işə düşdü – QİYMƏTLƏR, ŞƏRAİT

Azərbaycanın cəbhə bölgəsinin yaxınlığında, bir hissəsi işğal edilmiş Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində “Qarabağ Hotel”i müştərilərə xidmətini təklif edir.

 

Hoteldə 70 qonaq yerləşə bilər. Hoteldə 2 nəfərlik “standart” nömrələrdən tutmuş 6-7 nəfərlik böyük ailələrin yerləşəcəyi iki otaqlı “lüks” nömrələr də var. 2 mərtəbəli hotelin yuxarı mərtəbəsindəki otaqlar eyvanlıdır.

 

Olduqca gözəl təbiətli və əla havası olan ərazidə yerləşmiş "Qarabağ Hotel"ində qonaqların qalması və vaxtlarını səmərəli keçirməsi üçün bütün şərait yaradılıb.

 

Belə ki, nömrələrin hamısı vanna otağı, kondisioner, televizor və soyuducu ilə təmin edilib. Hoteldə pulsuz Wi-Fi var.

 

Otaqlarda gecələmə qiyməti 2 nəfərlik nömrə üçün 40 manat, 3 nəfərlik nömrə üçün 50-60 manat, 4-5 nəfərlik iki otaqlı nömrə üçün 100 manat, 6-7 nəfərlik iki otaqlı böyük nömrə üçün isə 120 manatdır. “Lüks” və iki otaqlı nömrələr əlavə yumşaq mebel (divan-kreslo) və jurnal masası ilə təmin ediliblər.

 

100-120 manatlıq nömrələrin ödənişinə səhər yeməyi də daxildir. Digər müştərilər üçün isə səhər yeməyi adambaşına 3-5 manatdır.

 

Hotelin həyətindəki restoranda kabinetlər və açıq havada masalar var. Kabinetlər müştərilərin rahatlığı üçün bütün lazımi şərait, o cümlədən televizor və kondisionerlərlə təmin edilib.

 

“Qarabağ Hotel”in həyətində uşaqlar üçün atraksionlar, fəvvarələr və şəlalələr var. Yaxın vaxtlarda hoteldə hovuz, türk hamamı, fitnes zalı, eləcə də futzal və futbol meydançaları da müştərilərin istifadəsinə veriləcək.

 

© Seyyah.az 

13.07.2017 09:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ