Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

iPhone-un milyarder etdiyi iş adamı

iç səhifə xəbər başlığı altı (mobil)_31
iPhone-un milyarder etdiyi iş adamı

Dünyanın ən iri çip istehsalçısı "Taiwan Semiconductor Manufacturing"in (TSMC) İdarə Heyətinin sədri  Morris Chang, sentyabrda yeni model iPhone-nu təqdim etməyi planlaşdıran Apple sayəsində milyarderlər sinfinə girib.


 
"Marja" xəbər verir ki, Tayvanda yerləşən şirkətin dəyərinin son bir ildə 27 faiz artması, şirkətdə 0,5 faiz payı olan Chang-in sərvətini 1 milyard dollara qaldırıb. Bazar dəyəri 183 milyard dollara çıxan TSMC, Tayvan birjasının ən qiymətli şirkəti olub.

Reklam_3_11

 


 
"Credit Suisse"ın səhmlər üzrə analitiki Randy Abrams-a görə, yeni iPhone-un gəlirləri artıracağı gözləntisi ilə bərabər, yeni nəsil avtomobil, yüksək performanslı kompüterlər və "Əşyaların İnterneti" texnologiyalarındakı inkişaf, TSMC-nin dəyərinin artmasının səbəbləridir.


 
86 yaşlı Morris Chang, Tayvan hökumətinin də dəstəyini alaraq 1987-də TSMC-ni qurub. Bu gün ölkənin Milli İnkişaf Fondu 6,4%-lik payla şirkətin ən böyük səhmdarıdır.

13.07.2017 10:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ