Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ərzaqda ən böyük şirkət yarana bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ərzaqda ən böyük şirkət yarana bilər

Amerikanın ərzaq və istehlak malları nəhəngi "Kraft", rəqibi  Böyük Britaniyanın "Unilever" şirkətini fevral ayında 140 milyard dollara satın almaq niyyətindən imtina etmişdi. "Marja"  xəbər verir ki, bu nəhəng satınalma indi yenidən gündəmdədir.

 

Reklam_3_11

Dünyanın ən varlı 4-cü adamı milyarder Uorren Buffettın (Warren Buffett) arxasında olduğu "Berkshire Hathaway" və investisiya nəhənglərindən "3G Capital Partners"ın da iştirakı ilə "Kraft"ın gələn ay "Unilever" üçün bir daha həmlə edəcəyi bildirilir.

 

Satınalma reallaşarsa ərzaq və istehlak malları sənayesinin ən böyük şirkəti ortaya çıxa bilər.

 

Həm "Kraft", həm də "Unilever" bir çox  markaları ilə insanların market alış-verişlərinin mühüm bir hissəsini təşkil edirlər. Məsələn, "Unilever"in tərkibində olan markalar arasında "Algida", Carte d'or, Omo, Lipton, Knorr, Dove, Cif, Calve, Clear, Signal var.

 

 QİYMƏT 200 MİLYARD DOLLARA QALXA BİLƏR

 

"Kraft"ın imtahanı bu dəfə daha çətindir, çünki 140 milyard dollarlıq əvvəlki təklif, fevral ayından bəri "Unilever" səhmlərinin 20 faiz bahalaşması ilə əlaqədar olaraq 200 milyard dollara çıxa bilər.

"Susquehanna Financial Group"un analitiki Pablo Zuanic, fövqəladə məbləğə baxmayaraq bu satınalmanın "Kraft" üçün çox əhəmiyyətli olduğu və "Kraft"ın təklif vermə ehtimalının 75% olduğu fikirindədir.

 

"3G Capital", daha əvvəl də Buffettın rəhbərlik etdiyi  "Berkshire" ilə  ərzaq istehsalçısı "Heinz" şirkətini 2013-ci ildə satın almaq üçün əməkdaşlıq etmiş və 2015-ci ildə də "Heinz"  ilə "Kraft"ın birləşməsində baş rolu oynamışdı.

 

6 AYLIQ MÜDDƏT BAŞA ÇATMAQ ÜZRƏDİR


 
Digər tərəfdən, "Unilever"in satın alınması, Britaniya hüququna görə, 2017-ci ilin Avqust - Sentyabr dövründən öncə reallaşa bilmir. Çünki Britaniya qanunları bir şirkətin yenidən satınalma təklifi verməsi üçün son təklifin üzərindən ən azı 6 ay keçməsi lazımdır.


 
"Unilever" üçün "Kraft"ın təqdim etdiyi əvvəlki təklif 19 Fevral tarixində baş vermiş, lakin sonra dostcasına geri çəkilmişdi. Amerikalıların yeni həmlə edə biləcəyi ən yaxın tarix 19 Avqust ola bilər. "Kraft"ın aradan keçən vaxtda başqa bir qida şirkəti üçün satınalma cəhdi göstərməməsi, şirkətin  "Unilever"xəyalının yenidən canlana biləcəyini göstərir.

13.07.2017 11:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ