Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Türkiyəyə yatırılan xarici investisiyaların 7%-i Azərbaycanın payına düşür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyəyə yatırılan xarici investisiyaların 7%-i Azərbaycanın payına düşür

2017-ci ilin ilk yanvar-may ayları ərzində Türkiyə iqtisadiyyatına 3,634 mlrd. dollar məbləğində xarici investisiya yatırılıb ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 65% çoxdur.


 
Türkiyə Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, may ayında Türkiyə iqtisadiyyatına yatırılan xarici investisiyaların məbləği 1,5 dəfə artaraq 915 mln. dollara çatıb.

Reklam_3_11

 

Türkiyə iqtisadiyyatına birbaşa investisiya yatıran ölkələr arasında İspaniya, Hollandiya, Qətər, Azərbaycan və Belçika ilk beşlikdə qərarlaşıb. Yanvar-may ayları ərzində İspaniya Türkiyə iqtisadiyyatına 969 mln. dollar yatırıb ki, bu da ümumi investisiya qoyuluşunun 27%-i deməkdir.

 

Rəqəmlərin təhlili göstərir ki, yatırımların 21%-i və ya 751 mln. dolları Hollandiyanın, 15%-i və ya 541 mln. dolları Qətərin, 7%-i və ya 270 mln. dolları Azərbaycanın, 6%-i və ya 210 mln. dollar isə Belçikanın payına düşür.

 

© APA

13.07.2017 13:13

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ