Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Yardımlıda kombayn çatışmır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yardımlıda kombayn çatışmır

Yardımlı rayonunda kombayn çatışmır.


Yardımlı rayonunda bu il əvvəlki illərdən çox əkin işləri aparılıb. Sakinlərin sözlərinə görə, iyirmi ildən çox bir vaxtda əkilməyən pay torpaqlarını, eləcə də icarəyə götürdükləri torpaq sahələrini əkiblər. Buna səbəb isə pay torpaqlarını əkməyəcəkləri halda cərimələnəcəkləri barədə xəbərdarlıq olub.


Zeynələziz, Honoba Şıxları, Gücavar, Honoba kəndləri rayon mərkəzindən təxminən 22-25 km məsafədə, Masallı-Yardımlı yolunun yaxınlığında yerləşir. Sakinlər bu ərazidə ümumilikdə 100 hektar taxıl əkdiklərini,  on beş gündən artıqdır ki, taxılın yığılmasına görə texnika üçün müraciət etdiklərini bildirirlər. Lakin, kombayn verməli olan təşkilatlardan xəbər yoxdur. Taxıl yetişdiyindən təsərrüfat sahibləri məhsulun qurd-quşa yem olmasından və yaxud yağış nəticəsində zay olmasından narahatdırlar. Bir neçə gün ardıcıl yağan yağışdan sonra bu narahatlıq daha da artıb.  

 

Yardımlı rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Fəxrəddin İsmayılov rayonda kombayn çatışmazlığı ilə bağlı xəbərə münasibət bildirib. O, deyib ki, bu il həqiqətən də Yardımlıda əkin sahələri artırılıb:

 

"Rayonda 3549 ha sahədə taxıl əkilib. Bu günə qədər rayon ərazisində zəmilərin 60 faizi biçilib. Sözügedən ərazilər nisbətən texnikaların çətin hərəkət edə biləcəyi ərazilərdir. Çalışırıq bu istiqamətdə də işləri sürətləndirək. Bəzi kəndlərə aparan yollarda körpülər ensiz olduğundan kombaynın hərəkəri üçün problemlər yaranır. Buna baxmayaraq artıq sabahdan Siğnə kənd ərazilərinə texnika çıxarmağı planlaşdırırıq. Ümumiyyətlə, bu il məhsuldar il olduğundan becərilən hər bir sünbül qiymətlidir, ona görə də növbəlilik əsasında kəndbəkən biçin işlərini həyata keçiririk. Bu işlərə 24 kombayn cəlb etmişik. Bunlardan 4-ü aqroservisindir, digərlərini qonşu rayonlardan cəlb etmişik ki, zəmiləri vaxtında və itkisiz yığa bilək. Hazırda Arus kəndində 3, Zevin kəndində 4, Şıxlarda 2, Telavarda 2, Sırıqda 1 texnikamız çalışır. Bozayran, Dəryavar, Bürzümbül, Vəlixanlı, Köryədi, Qabaqdili, Astanlı, Gendərə və digər kəndlərdə biçin işləri yekunlaşıb". 

 

© Report

13.07.2017 14:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ