Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Halliburton": Neft kəskin bahalaşacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Halliburton": Neft kəskin bahalaşacaq

Gələcəkdə neftin qiymətlərində kəskin sıçrayış olacaq.

 

Bu proqnozla dünyanın ən iri neft sektoru xidmət şirkəti olan "Halliburton"un (ABŞ) qlobal biznesin inkişafı üzrə vitse-prezidenti Mark Riçard (Mark Richard) İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxış edib. 

 

M.Riçard bildirib ki, neftin qiymətində son illərdə baş verən azalma bu sahədə investisiyaların təqribən 2 trln. dollar azalmasına gətirib çıxarıb. İnvestisiyaların azalması bir neçə ildən sonra neft bazarına təsir edəcək və təklif tələbdən geri qalacaq. 

 

"Gec və ya tez biz itirilənləri geri alacağıq. Neftin qiymətində kəskin artım mütləq baş verəcək. Bunun 2020-2021-ci illərdə baş verməsi mümkündür", - M.Richard qeyd edib.

 

©Report

13.07.2017 15:14

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ