Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İsveçrə Milli Bankının sədri Azərbaycandadır - "Müsbət nəticələrdən məmnunam"

iç səhifə xəbər başlığı altı (mobil)_31
 İsveçrə Milli Bankının sədri Azərbaycandadır - "Müsbət nəticələrdən məmnunam"

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov İsveçrə Milli Bankının sədri Tomas Yordanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir.


Mərkəzi Bankdan "Marja"ya daxil olmuş məlumata görə, görüşdə çoxillik qarşılıqlı sıx əməkdaşlıq tarixinə nəzər salan E.Rüstəmov makroiqtisadi siyasət məsələləri, eləcə də institusional islahatlar sahəsində İsveçrə Milli Bankının Azərbaycan Mərkəzi Bankı üçün başlıca tərəfdaşlardan olduğunu xüsusi vurğulanıb.

 

Azərbaycan Mərkəzi Bankına göstərilən genişmiqyaslı texniki yardım proqramlarına görə İsveçrə Milli Bankına minnətdarlığını bildirən E.Rüstəmov bu əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini bildirib.

 

Daha sonra E.Rüstəmov ölkədə aparılan iqtisadi islahatlar, bu proseslərdə Mərkəzi Bankın yaxından iştirakı, son illər aparılan pul və məzənnə siyasəti, əldə edilən nəticələr, yeni çağırışlara uyğun nəzərdə tutulan monetar islahatlar, eləcə də Bankın tədqiqat potensialı barədə məlumat verib.


Azərbaycanda səfərdə olan cənab Yordan ölkəmizin yüksək sosial-iqtisadi uğurlarını xüsusi qeyd etməklə səfərdən aldıqları gözəl təəssüratdan danışıb. O, öz növbəsində, Azərbaycan Mərkəzi Bankı ilə uğurlu əməkdaşlığı qeyd edib və İsveçrə Milli Bankı tərəfindən Azərbaycan Mərkəzi Bankına göstərilmiş texniki yardımların müsbət nəticələnməsindən məmnunluğunu ifadə edib.

 

Görüş zamanı həmçinin, iki təşkilat arasında müxtəlif əməkdaşlıq istiqamətləri barədə geniş müzakirələr aparılıb.

 

İsveçrə Milli Bankının sədri Azərbaycan Mərkəzi Bankında həmçinin bir sıra işgüzar görüşlər və təqdimat keçirmişdir. Mərkəzi Bankın əməkdaşları üçün “Hazırki kontekstdə İsveçrə Milli Bankının pul siyasəti” mövzusunda təqdimatla çıxış edərək pul siyasətinin yeni alətləri, müasir şəraitdə qlobal və regional səviyyələrdə siyasi və iqtisadi dəyişikliklər fonunda pul siyasətinin dizaynı barədə nəzəri və praktiki biliklərini paylaşmışdır.

13.07.2017 15:17

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ