Ən yaxşı elmi işlər mükafatlandırıldı
Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun “2 Fevral – Gənclər Günü”ndə elan etdikləri “Gənc alimlər və maliyyə savadlılığı” mükafat müsabiqəsinin nəticələri 13 iyul 2017-ci il tarixində Elmin İnkişafı Fondunun ofisində keçirilmiş mükafatlandırma mərasimində açıqlanmışdır.
Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda iqtisadi və maliyyə savadlılığının artırılması, maliyyə savadlılığının ictimai dəyər kimi tanınması və insanların davranışlarında müvafiq dəyişiklik yaratmasına yönəlmiş elmi işlərin meydana çıxması, gənc alim və mütəxəssislər tərəfindən müsabiqə müddətində yazılmış orijinal məqalələrin və bu məqalələrdə toxunulan məsələlərin təcrübədə tətbiq edilmə imkanlarının qiymətləndirilməsidir.
Müsabiqə komissiyasının rəyinə əsasən maliyyə savadlılığı sahəsində dərc olunmuş və qalib olaraq seçilmiş ən yaxşı elmi işlər 3 nominasiya üzrə diplom və pulla mükafatlandırılmışdır:
I yer – Vüqar Məmmədzadə və Samir Ağayev, 1500 manat
II yer – Murad Hacıyev, 1000 manat
III yer – Nurlanə Kərimova və Yaşar Dəmirov hər biri 500 manat
“Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinə təqdim olunan məqalələr ölkənin iqtisad elmi sahəsində maliyyə maarifləndirilməsi istiqamətində aparılan ilk elmi işlərdir. Bu istiqamətdə elmi tədqiqat işlərinin aparılmasını stimullaşdırmaq üçün Mərkəzi Bank gələcəkdə də bənzər müsabiqə və tədbirlər keçirməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
5 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
5 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
6 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
6 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
7 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 7 saat əvvəl
- 7 saat əvvəl