Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“AG Bank”ın vəziyyəti məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AG Bank”ın vəziyyəti məlum oldu

“AG Bank”da zərərin artması dayanıb, kredit portfeli sabitləşib, depozit portfeli və əhalinin əmanətləri  artıb. Həmçinin Bank, borclarının xeyli hissəsini də qaytarıb.

 

Reklam_3_11

“Marja”  Bankın balans hesabatlarına istinadən xəbər, 31 Mart 2017-ci il tarixində “AG Bank”da 1 milyon 807 min manat olmuş xalis zərər 30 İyun 2017-ci il tarixində 1 milyon 575 min manata düşüb. Qısası, ikinci rübdə bankın xalis zərəri 232 min manat azalıb.

 

Müqayisə üçün qeyd edək ki, “AG Bank” 2016-cı ili 64,4 milyon manat zərər ilə bağlamışdı. Zərərin əsas səbəbi Bankın gəlirlərinin böyük hissəsini gələcəkdə ehtimal olunan kredit itkilərinə görə ehtiyatlara ayırması idi.

 

“AG Bank” 2017-ci ilin ikinci rübü üzrə “Mənfəət və zərər” heabatını İnternet səhifəsində yerləşdirmədiyi üçün gəlirlər və xərclər barədə ətraflı məlumat verə bilmirik.

 

AKTİVLƏRİ YARIM MİLYARD MANATDAN ÇOXDUR

 

“AG Bank”ın aktivlərinin, o cümlədən kedit portfelinin azalması səngiyib.

 

“AGBank” ötən ilin sonunda 520 milyon manat, 31 Mart 2017-ci il tarixində 505,7 milyon manat cəmi aktivlərə malik ikən, 2017-ci ilin birinci yarısının sonunda (30 İyun 2017-də) 502,6 milyon manat cəmi aktivlərə malik olub. Göründüyü kimi aktivlərdə azalma əsasən cari ilin 1-ci rübdə baş verib, ilin ikinci rübündə cüzi azalma olub. İlk rübdə müştərilərə verilmiş kreditlər 292,2 milyon manatdan 287,5 milyon manata, ikinci rübdə isə 284,5 milyon manata düşüb. Bankın kredit portfelində kəskin azalmanın olmaması da müsbət hal kimi qəbul edilə bilər. Qeyd edək ki, əksər bankların kredit portfeli azalır. Kredit şərtlərinin sərtləşməsi, kreditlərə tələbin aşağı düşməsi azlmanın əsas səbəbləridir.

 

BANKDA ƏHALİNİN ƏMANƏTLƏRİ ARTIB

 

“AGBank”da depozitlərin, o cümlədən əhalinin əmanətlərinin artması da diqqəti cəlb edir.  Ötən ilin sonunda Bankda 216,3 milyon manat olmuş depozitlər cari ilin İyun ayının sonunda 222,7 milyon manata qalxıb.  O cümlədən, fiziki şəxslərin müddətli depozitləri (əhalinin əmanətləri) 124,6 milyon manatdan 130,7 milyon manata yüksəlib.

 

Müqayisə olunan dövrdə “AGBank”da şirkətlərin də vəsaitləri artaraq 54,2 milyon manatdan 60,4 milyon manata qalxıb.

 

Bankda xarici valyutada olan depozitlər 188,6 milyon manatdan 181,9 milyon manata, xarici valyutada olan əmanətlər isə 113,3 milyon manatdan 109,9 milyon manata düşüb.

 

30 Iyun 2017-ci il tarixində “AGBank”ın 502,65 milyon manatlıq aktivlərinin 180,7 milyon manatı, 450,3 milyon manatlıq öhdəliklərinin isə 237,6 milyon manatı xarici valyutada olub.

 

Qeyd edək ki, “AG Bank”da depozitlərin və əmanətlərin manat ilə ifadədə artması məzənnə ilə (dolların qalxması) bağlı deyil, atım biznesin inkişafı ilə əlaqədardır.  Ötən ilin sonunda 1.7660 səviyyəsində olan Dollar/Manat məzənnəsi İyunun sonunda 1.7022 səviyyəsinə düşüb. Əksinə, Dollar ucuzlaşıb, bu da depozitləri manat ilə ifadədə az da olsa azaldıb.

 

BORCLARINDAN XEYLİ QAYTARIB

 

Birinci yarım ildə “AGBank”da bankların və digər maliyyə institutlarının depozitləri 19,4 milyon manat azalaraq 44,45 milyon manatdan 25,05 milyon manata düşüb. “AGBank” digər banklardan aldığı keditlərin də böyük hissəsini qaytarıb ( 40,4 milyon manatdan 28,5 milyon manata düşüb). Bank  digər maliyyə institutlarının kreditlərindən də qaytarıb (82,6 milyon manatdan 79,9 milyon manata geriləyib).

 

Birinci yarımildə “AgBank” da ödəmə vaxtı keçmiş kreditlərin həcmi 136,4 milyon manatdan 143,8 milyon manata qalxıb. Bu, Bankın cəmi kredit portfelinin təxminən yarısına bərabərdir. Lakin vaxtı keçmiş kreditlərin də artması səngiyib. 2016-cı ilin birinci yarısında “AG Bank”da ödəmə vaxtı keçmiş kreditlər təxminən 2 dəfə artaraq 100 milyon manatı keçmişdi.

 

30 İyun 2017-ci il tarixində “AG Bank”ın cəmi balans kapitalı 52,3 milyon manat təşkil edib. “Ag Bank”ın nizamnam kapitalı 102,2 milyon manat olsa da, əvvəlki illərin 62,07 milyon manatlıq zərəri xüsusi kapitalın aşağı düşməsinə səbəb olub.  

 

2017-ci ilin ikinci rübünün rəqəmləri “AG Bank”ın sabitləşdiyinə işarə edir. 

13.07.2017 20:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ