Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Norm Sementin loqistika uğurunun əsasları - FOTO

iç səhifə xəbər başlığı altı (mobil)_31
Norm Sementin loqistika uğurunun əsasları - FOTO

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, müasir şirkətlərdə loqistika strateji əhəmiyyətə malikdir.

 

Müasir loqistika müxtəlif fəaliyyət sahələrini bir prosesdə cəmləşdirən idarətetmə funksiyasıdır. Loqistika xaricdə artıq uzun müddətdir ki, biznesin ən çox istifadə etidiyi instrumentlərindən birinə çevrilib. Və, bu sahənin vəziyyəti şirkətin maliyyə və istehsal fəaliyyətinin xarakterizə etmək üçün əsas göstəricilərdən biri sayılır.

 

Azərbaycanda bu sahə nisbətən yeni olsa da, bəzi şirkətlər onun səmərəsindən lazımınca faydalana bilirlər. Belə şirkətlərdən biri də, fəaliyyətinin bütün istiqamətlərində yüksək keyfiyyətə, müştəri məmnuniyyətinə, davamlı inkişafa önəm verən, inşaat sənayesində aparıcı mövqeyə malik Norm Sementdir.

 

Norm sementlərinin daşınması Almaniyanın MAN, Mercedes-Benz və DAF avtomaşınları vasitəsilə həyata keçirilir. Bu avtomaşınlar Avro-4 və 5 standartlarının tələblərinə cavab verir. Daşınmada istifadə edilən qoşqu vasitələri Almaniyanın Spitzer, Feldbinder, Kaessbohrer şirkətlərinin istehsalıdır.

 

Zavodun qalaq məhsullarını daşıyan nəqliyyat vasitələrinin üzərində NORM loqosu əks etdirilir və hər birində təqribən 30 ton sement daşınır.

 

Nəqliyyat vasitəsi Norm Sement zavodunda yükləndikdən sonra çənin giriş qapaqları və çıxış xətti nömrələnmiş plomb vasitəsilə plomblanır. Nəqliyyat vasitəsi zavodu tərk etdikdə müştəriyə dərhal SMS və Email vasitəsilə məhsulun adı və markası, yükün çəkisi, nəqliyyat vasitəsinin nömrə nişanı, sürücünün adı və mobil nömrəsi göndərilir. Təyinat məntəqəsinə çatdıqda, bu barədə müştəriyə ikinci SMS və Email göndərilir.

 

Norm məhsullarının daşınması zamanı müştəriyə nəqliyyat vasitəsini GPS sistemi vasitəsilə izləmək imkanı verilir, bunun üçün müştəri GPS portala daxil olur və nəqliyyat vasitəsini bütün marşrut boyu izləyə bilir.

 

Zavodun qalaq məhsullarını daşıyan nəqliyyat vasitələrində şəffaf boru quraşdırılmışdır ki, bu da məhsulun tam həcmdə boşalmasını izləməyə imkan verir.

 

Şirkətin logistika fəaliyyətinin başlıca məqsədi müştəri məmnunluğudur və müəssisə bu sahədə fəaliyyətini durmadan təkmilləşdirir.

14.07.2017 08:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ