Ən yuxarı statik reklam_3

Dövriyyədə olan nağd pul artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövriyyədə olan nağd pul artıb

Dövriyyədə olan nağd pul artıb.

 

Reklam_3_11

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, 2017-ci ilin İyun ayının 1-nə dövriyyədə 7 milyard 56.8 milyon manat nağd pul olub. Mayın əvvəlində bu rəqəm 6 milyard 829.7 milyon manat, Yanvarda isə 6 milyard 541 milyon manat idi.

 

Mayda pul bazası 10 milyard 363.8 milyon manatdan 10 milyard 88.0 milyon manata düşüb, o cümlədən manatla pul bazası 7 milyard 628.1 milyon manatdan 7 milyard 788.7 milyon manata qalxıb.  Pul bazasına - dövriyyədə olan nağd pul, müxbir hesablar , o cümlədən məcburi ehtiyatlar daxildir.

 

Mayda müxbir hesablardakı vəsaitlər 3 milyard 489.5 milyon manatdan 2 milyard 983.8 milyon manata, məcburi ehtiyatlar isə 138.2 milyon manatdan 137 milyon manata düşüb.

 

Dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 65.9%-dən 70%-ə qalxıb.

 

Pul bazası dedikdə -Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

14.07.2017 09:41

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ