Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda kəşf olunmamış cənnət

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda kəşf olunmamış cənnət
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Qızmar yay aylarında hər kəs şəhərin cansıxıcı istisindən və səs-küyündən baş götürüb təbiət qoynuna çəkilmək istəyir. İstirahət günlərini daha mənalı və yaddaqalan keçirmək istəyənlər üçün ilk ağla gələn münasib məkan seçimi və məzuniyyət günlərini bədxərclik etmədən xoş xatirəyə çevirməkdir. Belə günlərdə kənd turizminin imkanlarından yararlanmaq istəyənlər üçün Murov obaları ən münasib seçimdir.

 

"Marja" "Azərtac"a istinadən xəbər verir ki,  bu məkanı kəşf olunmamış cənnət də adlandırmaq olar. Murov obaları və dağın ətəyindəki kəndlər Goranboy rayonunun inzibati ərazisinə daxildir. Goranboy rayonu ilə Murov obaları arasındakı məsafə 45 kilometrdən çox deyil. Rayon mərkəzindən Yuxarı Ağcakəndə gəlmək, oradan isə Rus Borisi kəndinə qalxmaqla ömür boyu unudulmayacaq füsunkar və bənzərsiz təbiət mənzərələrini seyr etmək mümkündür. Zəngin floraya sahib bu obalar lalələrlə örtülüb.

 

15 AYLIQ KREDİT GÖTÜR, 12 AYIN FAİZİNİ ÖDƏ!

 

Rus Borisinin sakinləri tərəfindən qonaqlara göstərilən mehribanlıq, səxavət və səmimilik bu kəndin ən gözəl adətlərindəndir. Yay günlərində burada qalmaq üçün kənd sakinləri tərəfindən bir aylıq 40-50 manata ev kirayələmək də mümkündür.

 

"Marja" AZƏRTAC-ın bölgə müxbiri Rauf Hacıyevin Murov obalarından çəkdiyi fotoreportajı təqdim edir.

14.07.2017 10:13

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ