Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

15 manata 120 min manatlıq təminat - PAŞA Sığorta-dan yeni məhsul

iç səhifə xəbər başlığı altı (mobil)_31
15 manata 120 min manatlıq təminat - PAŞA Sığorta-dan yeni məhsul
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Daima müştəri məmnuniyyətini və rahatlığını artırmaqda səylərini əsirgəməyən PAŞA Sığorta şirkəti “Səyahət zamanı daşınmaz əmlakın sığortası” məhsulunu müştərilərə təqdim edir.

 

Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, artıq müştərilər səyahətdə olan zaman PAŞA Sığorta onların rahatlıqlarına zəmanət verərək əmlaklarının təhlükəsizliyini təmin edəcək. Məhsul 3 paketdən ibarətdir: gündəlik 1, 2 və ya 3 manat sığorta haqqı ödəməklə (minimum sığorta haqqı hər paketə uyğun 5, 10, 15 manat olmaqla) müvafiq olaraq 40 000, 80 000 və ya 120 000 manat sığorta təminatı əldə edə bilərsiniz.

 

“Səyahət zamanı daşınmaz əmlakın sığortası” məhsulu əmlakı yanğın, ildırım düşməsi, partlayış; təbii fəlakətlər; oğurluq, qarət; üçüncü şəxslər tərəfindən əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi; su borularından axan suyun, buxarın və mayelərin vurduğu zərər; nəqliyyat vasitələrinin vurması kimi risklərdən qoruyur.

 

Səyahətə gedərkən əmlakınızı sığortalamaq və məhsul barədə ətraflı məlumat üçün PAŞA Sığorta şirkətinin əməkdaşlıq etdiyi səyahət agentliklərinə, PAŞA Sığortanın ofislərinə müraciət edə bilərsiniz.

 

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

14.07.2017 10:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ