Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Bank Avrasiya”nın kredit və depozit portfeli azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank Avrasiya”nın kredit və depozit portfeli azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bank Avrasiya” ASC 2017-ci ilin birinci yarısını təxminən 8,9 milyon manat xalis mənfəət ilə başa vurub.

 

“Marja” Bankın hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun aylarında Bankın cəmi gəlirləri 7,92 milyon manat, cəmi xərcləri isə 3,71 milyon manat təşkil edib. Nəticədə Bankın 4,2 milyon manat əməliyyat mənfəəti qalıb. Bank yaradılmış ehtiyatdan 4,7 milyon manatını əməliyyat mənfəətinə əlavə edib və bankın yekun mənfəəti 8,9 milyon manata yüksəlib.

 

“Bank Avrasiya” ASC 2016-cı ilin birinci yarısında 7,2 milyon manat cəmi gəlir əldə etmiş, ilk 6 ayı 4,05 milyon manat xalis mənfəət ilə başa vurmuşdu.

 

Ehtiyatların azad edilməsi bankda kredit və depzoit itikləri üzrə riskinin azaldığına işarədir.

 

“Bank Avrasiya” ASC 30 İyun 2017-ci il tarixində 159,8 milyon manat cəmi aktivlərə, 97,8 milyon manat cəmi öhdəliklərə və 61,9 milyon manat cəmi balans kapitalına malik olub. Bank ötən ilin sonunda 143,4 milyon manat cəmi aktivlərə, 90,8 milyon manat cəmi öhdəliklərə və 52,6 milyon manat cəmi kapitala malik idi.

 

Müqayisə olunan dövrdə (İlin birinci yarısında) Bankın kredit portfeli 90,2 milyon manatdan 87,3 milyon manata, depozit portfeli isə 38,5 milyon manatdan 37,8 milyon manata düşüb.

 

Bankın aktivlərinin artmasının əsas səbəbi qiymətli kağızlara investisiyaların artmasıdır. Ötən ilin sonunda “Bank Avrasiya” nın qiymətli kağızlara investisiyası 9,25 milyon manat ikən, bu ilin 30 İyun 2017-ci il tarixində 20,3 milyon manat təşkil edib. Eyni zamanda “Bank Avrasiya” digər banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlərini artırıb.

 

Bankın depozit portfelinin artmasının səbəbi isə müştərilərin cari hesablarının və maliyyə sektoruna ödəniləcək vəsaitin artmasıdır.

14.07.2017 12:38

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ