Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Rusiya Xəzəryanı ölkələrlə kruiz turizmini inkişaf etdirmək istəyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya Xəzəryanı ölkələrlə kruiz turizmini inkişaf etdirmək istəyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya Xəzər dənizində digər ölkələrlə kruiz turizmini inkişaf etdirmək niyyətindədir.


 
TASS agentliyinin verdiyi məlumata görə, bu barədə Turizmin İnkişafı üzrə Federal Agentliyin rəhbəri Oleq Safronov bildirib.
 


“Biz Xəzər dənizində kruiz turizminin inkişafına dair məsələ üzərində işləyirik. Hesab edirik, bu, çox vacib və perspektiv istiqamətdir. Bu layihələr Rusiya Federasiyası, Azərbaycan, İran İslam Respublikası, Qazaxıstan və Türkmənistanı bir araya gətirə bilər. Beləliklə, hazırda mövcud olmayan tamamilə yeni, yüksək keyfiyyətli turizm layihəsi ortaya çıxacaq”, - deyə o qeyd edib.


 
O. Safronovun sözlərinə görə, kruiz turizminin inkişafında əsas məsələ lazımi infrastrukturun yaradılmasıdır: "Sərnişin vağzalları, keçid məntəqələri və digər vacib strukturlar gələn ilədək hazır olmalıdır. Biz həmkar və dostlarımızın böyük marağının şahidi oluruq, İran və Azərbaycanı nəzərdə tuturam. Hamı bu layihədə maraqlıdır və bu layihənin meydana çıxması üçün fəal iş aparılır. Dünən Dağıstan rəhbərliyi ilə görüşdə də bu mövzunu müzakirə etdik, onlar da bizim fikrimizi dəstəklədilər”.

 

© APA

14.07.2017 13:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ