Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Hobbisini gəlir mənbəyinə çevirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hobbisini gəlir mənbəyinə çevirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xaçmaz sakini Vüqar Fərzəliyev təsərrüfatında 200-dən çox dovşan saxlayır.

 

Fermer əvvəllər bu işə hobbi kimi yanaşsa da, sonradan bəslədiyi dovşanları artıraraq gəlir əldə etməyə başlayıb.

 

Məktəbdə gənclərin çağırışaqədərki hərbi hazırlığı fənni üzrə dərs deyən Vüqar Fərzəliyev iki ildir dovşan bəsləyir. Onun fermasında 10-a yaxın dovşan növü var ki, onların da əksəriyyətini xaricidən gətirərək çoxaltmağa nail olub. Təsərrüfatçı Yeni Zellandiyadan gətirilmiş ağ və qırmızı, rizel, Kaliforniya, vlandır kimi ətlik və damazlıq dovşan növlərinə üstünlük verir.

 

Təsərrüfatçı bildirib ki, dovşanların saxlanma şəraitinə xüsusi diqqət yetirmək lazımdır. Bu heyvanlar həm soyuğa, həm də istiyə həssasdır. Bundan başqa, heyvanların xəstəliklərə yoluxmasının qarşısını almaq üçün daim baytarlarla məsləhətləşmək vacibdir.

 

Dovşanlar ən artımlı heyvanlardan sayılır. Bu heyvanlar növündən asılı olaraq, hər dəfə 6-14 bala verir.

 

Təsərrüfatçının bölgə və paytaxtdan bir çox müştərisi var. Dovşan ətinin bir kiloqramı 8-10 manata satılır.

 

Dovşanların diri halda qiyməti çəkisindən və növündən asılı olaraq dəyişir. Kiçik dovşanlar 30 manat, böyüklər isə 80-200 manat arasında təklif olunur. Ən qiymətlisi yumşaq xəzli dovşanlar sayılır.

 

Vüqar Fərzəliyev gələcəkdə təsərrüfatını genişləndirərək daha çox gəlir əldə etmək fikrindədir.

 

© Azərtac

14.07.2017 13:25

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ