Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Banklarda azalır - 5 milyard manata yaxınlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklarda azalır - 5 milyard manata yaxınlaşdı

2017-ci il  İyun ayının 1-nə bankların ev təsərrüfatlarına verdikləri kreditlər (istehlak kreditləri) 5 milyard 165.6 milyon manat təşkil edib. “Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu cəmi 14 milyard 794 milyon manat olan kredit qoyuluşlarının 34.9 faizidir.

 

Reklam_3_11

2014-cü ilin sonu və 2015-ci ilin əvvəlində istehlak kreditləri 8 milyard manat ətrafında idi. O zaman istehlak kreditlərinin cəmi kreditlərdə xüsusi çəkisi 44% təşkil edirdi.

 

Ev təsərrüfatlarına verilmiş 5 milyard 165.6 milyon manat kreditin 1 milyard 731.5  milyon manatını və ya 33%-ni daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilmiş kreditlər təşkil edib. Bu kreditlər 2015-ci ilin əvvəlində 1,2 milyard manat ətrafında idi.

 

Bu ilin 6 ayı ərzində istehlak kreditləri 693,1 milyon manat, Mayda isə 64,6 milyon manat azalıb.

 

Qeyd edək ki, devalvasiyalardan sonra istehlak kreditlərinin verilməsi azalıb. Kredit şərrtəri ağırlaşıb, eyni zamanda belə kreditlərə tələb də azalıb.

14.07.2017 13:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ