FED-in ilin sonuna qədər uçot dərəcəsini artırması ehtimalı 47%-dir
ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellenin (Jannet Yellen) Konqresdəki ikigünlük çıxışından sonra uçot dərəcəsinin bu ilin sonuna qədər artırılması ehtimalları demək olar dəyişməyib və 47,3% olub.
Bu barədə ABŞ-ın ən böyük maliyyə törəmə bazarı şirkəti - "CME Group FEDWatch Tool"un hesabatında məlumat verilir.
Hesabatda bildirilir ki, Yellenin çıxışından əvvəl bu ehtimal 47,5% olub. FED-in sentyabr iclasında uçot dərəcəsini artırma ehtimalı isə hazırda 13,3% təşkil edir.
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
Bu gün ABŞ-da açıqlanacaq iyun ayı üzrə inflyasiya göstəricisi FED-in qərarları ilə bağlı ehtimallarda dəyişiklik yarada bilər. Əgər inflyasiya göstəricisi 0,2% və ya daha artıq olarsa, o zaman FED-in sentyabr iclasında uçot dərəcəsini artırma ehtimalı yüksələ bilər ki, bu da öz növbəsində dolların məzənnəsinin möhkəmlənməsinə gətirib çıxaracaq.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
49 d. əvvəl
Azərbaycanlı memar İtaliyada dünyaca məşhur forum - İnvestopia ilə rəsmi tərəfdaşlıq etdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransına 2 gün qalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Finca Azərbaycan" faiz gəlirini və xalis mənfəətini açıqladı
- 4 saat əvvəl