Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda kredit kartları 756 min ədəd azaldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda kredit kartları 756 min ədəd azaldı

Bankların kredit kartlarının sayı azalmaqda davam edir.

 

“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2017-ci il iyunun 1-də kredit kartlarının sayı 566 min ədəd təşkil edib.

 

Mayda kredit kartlarının sayı 81 min ədəd azalıb. Mayın əvvəlində banklar 647 min ədəd kredit kartına malik idilər.

 

2015-ci ilin yanvar ayının sonunda bankların kredit kartlarının sayı 1 milyon 322 min ədədə çatmışdı. Həmin vaxtdan bəri kredit kartlarının sayı 756 min ədəd azalıb.

 

İyunun əvvəlində cəmi ödəniş kartlarının sayı 5 milyon 558 min ədəd təşkil edib. Kartların 2 milyon 545 mini sosial, 1 milyon 702 mini əməkhaqqı, 745 mini isə digər debet kartlarıdır.

 

Bu ilin 5 ayı ərzində əmək haqqı kartları 181 min ədəd, digər debet kartları 115 min ədəd artıb, sosial kartlar isə 7 min ədəd azalıb.

 

Yanvar-May aylarında cəmi ödəniş kartları 224 min ədəd artıb. Buna baxmayaraq cəmi ödəniş kartlarının sayı 2015-ci ilin iyunundakı 6 milyon 88 min ədəd ilə müqayisədə azdır.

14.07.2017 14:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ