Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Kadr siyasətini Palata ilə razılaşdıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kadr siyasətini Palata ilə razılaşdıracaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyev "Əmanətlərin sığortalanması haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanunu təsdiqləyib.


 
Qanun layihəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında maliyyə bazarlarına nəzarət orqanının (Maliyyə Bazarlarına Nəzarət Palatası - red.) nümayəndələrinin sayı azaldılacaq, müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı isə artırılacaq. Belə ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında MBNP-nin bir nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının üç nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi təmsil olunacaq.

Reklam_3_11


 
Bunadək qüvvədə olan qanunvericiliyə əsasən, Fondun Himayəçilik Şurasında MBNP-nin iki nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının iki nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi təmsil olunur.


 
Əlavə edək ki, indiyədək Fondun Himayəçilik Şurası öz səlahiyyətlərini müstəqil həyata keçirib. Ölkə başçısı tərəfindən qanunun təsdiqlənməsi ilə Fond bunu müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmalı olacaq.


 
Əgər indiyədək Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru və onun müavini Himayəçilik Şurası tərəfindən vəzifəyə təyin edilirdisə, bundan sonra bu vəzifəyə təyinat və azadolma müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılacaq.

 

© APA

14.07.2017 15:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ