Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bankların "Valyuta tənzimi haqqında" Qanunla bağlı təkliflərinə baxılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bankların "Valyuta tənzimi haqqında" Qanunla bağlı təkliflərinə baxılıb

Azərbaycan Banklar Assosiasiyasında (ABA) "Valyuta tənzimi haqqında" Qanun və Mərkəzi Bankın "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"na dair üzvlərin rəy və təkliflərinə baxılıb.

 

Reklam_3_11

ABA-dan Marja-ya bildiriblər ki, görüşdə üzv təşkilatlar tərəfindən bank müştərisi olan hüquqi və fiziki şəxslərin fəaliyyətini asanlaşdıracaq təkliflərin ilkin müzakirəsi aparılıb və iştirakçıların münasibəti öyrənilib. Sonda təkliflərin yenidən işlənilərək aidiyyəti qurumalara ünvanlanmasına qərar verilib.

 

İclasda Maliyyə Bazarlarına Nəzarət Palatasının və ABA-ya üzv təşkilatların nümayəndələri, ABA-nın "Hüquqi məsələlər üzrə" Ekspert Qrupunun sədri Qorxmaz Ağayev və "Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə" Ekspert Qrupunun sədri Zakir Kazımov iştirak edib.

 

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür.

14.07.2017 15:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ