Ən yuxarı (mobil)-2_30

Şərabların beynəlxalq tələblərə uyğun müayinəsi aparılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şərabların beynəlxalq tələblərə uyğun müayinəsi aparılacaq

İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasının beynəlxalq akkreditasiya sahəsi genişləndirilib.

 

Reklam_3_11

İqtisadiyyat Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, iyunun 20-dən etibarən araq və şərab məhsulları üzrə daha 16 metod beynəlxalq akkreditasiya sahəsinə daxil edilərək, laboratoriyanın akkreditasiya sahəsi 30 metoda çatdırılıb. Hazırda Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasında alkoqollu içkilərin (şərab, araq, pivə və s.) 50-dən çox keyfiyyət və təhlükəsizlik göstəricisi üzrə müayinəsi aparılır.

 

Bu barədə iyulun 14-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və şərab iştehsalçılarının iştirakı ilə “Şərab məhsullarının beynəlxalq tələblərə uyğun müayinəsi” mövzusunda keçirilən təqdimat zamanı bildirilib.

 

Tədbirdə İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru Fazil Məmmədov laboratoriyaların fəaliyyəti, akkreditasiya olunduğu sahələr və hazırda Fransa ilə müqayisədə dəfələrlə əlverişli qiymətə şərab məhsullarının müayinələrinin aparılması barədə məlumat verib və sahibkarları sıx əməkdaşlığa dəvət edib.

 

Sonra beynəlxalq arbitr, Latviyanın “LATAK” Milli Akkreditasiya Bürosunun direktoru Olqa Veylande laboratoriyanın şərab məhsullarının beynəlxalq tələblərə uyğun müayinə metodlarının beynəlxalq akkreditasiya sahəsinə daxil edilməsi barədə Attestatı İstehlak Mallarının Ekspertizası Mərkəzinə təqdim edib.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov çıxış edərək, sahibkarlığa göstərilən dövlət dəstəyi, ixracın stimullaşdırılması  tədbirlərindən bəhs edib, şərab məhsullarının beynəlxalq tələblərə uyğun müayinəsinin ixracın genişləndirilməsində əhəmiyyətini vurğulayıb.

 

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin regional bölmələrlə və laboratoriyalarla iş şöbəsinin müdiri Elşad Həsənov “Şərab məhsullarının beynəlxalq tələblərə uyğun müayinəsi” mövzusunda təqdimatla çıxış edib.

 

Tədbirdə iştirak edən sahibkarlar onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ifadə ediblər.

 

Tədbirin sonunda sahibkarların sualları cavablandırılıb.  

14.07.2017 16:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ