Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

28 gündə 1 milyondan çox satılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
28 gündə 1 milyondan çox satılıb

Huawei-nin Honor markasına aid olan 9 modeli bazara çıxmasından 28 gün keçməsinə baxmayaraq, əldə edilən satış rəqəmi təəccübləndiricidir.

 

"Marja" xəbər verir ki, Huawei-nin markası olan Honor, yeni Honor 9 ağıllı telefonunun təqdimatından bu yana keçən 28 gün ərzində 1 milyon ədəd satdığını açıqlayıb.

 

İlk olaraq Çində satışa çıxan və daha sonra Avropada bazara çıxan telefon, şirkətin məhsulları arasında ən yaxşı xüsusiyyətləri təqdim edir.

 

Android 7 ilə yüklü olan Huawei-nin Honor 9 telefonunda 5.15 düym full HD ekran, 6 GB RAM, 3.200 mAh batareya var.

 

ÜRƏKLƏ AL, ÜRƏKLƏ SÜR - TAM YENİ ACCENT

 

Huawei Mate 9 və Huawei P10-da da istifadə edilən Kirin 960 prosessorun quraşdırıldığı telefonda arxa kamera 2x optik yaxınlaşdırma imkanına malikdir.

 

 20 və 12 meqapiksellik linzalara malik olan arxa kameraların fotoşəkil keyfiyyəti olduqca yüksəkdir.

 

Ön kamera isə 8 meqapiksel çəkiliş edə bilər.

 

Modelin bu satış rəqəmi, iPhone-un bazardakı son modeli olan 7-nin və ya Galaxy-nin S8 modelinin satış rəqəmlərilə müqayisə edilsə, sizcə, Apple və Samsung narahat ola bilərmi?

 

 Hələlik deyil. Çünki Apple, iPhone 7 satışında yalnız ilin ilk rübündə rekord rəqəmə çatmışdı.

 

Ay ərzində iPhone 7 və 7 Plus birlikdə 38,9 milyon ədəd satılaraq aşılması çətin bir satış rəqəminə çatmışdı.

 

40%-Ə QƏDƏR ENDİRİMLƏ SƏYAHƏT EDİN!

 

Bənzər şəkildə Samsung üçün də vəziyyət qorxunc deyil. Samsung Galaxy S8 və S8+ın ilk 2 aydakı satış rəqəmləri cəmi 12 milyon olmuşdu.

 

Honor 9 ilk ayda 1 milyon ədəddən bir qədər çox satıla bilər.

 

Lakin Honor-ın satış rəqəmi diqqətə dəyər. Çünki Honor-ın marketinq və reklam büdcəsi Apple və Samsung kimi iki nəhəngin yanında daha aşağıdır.

 

Buna qarşı güclü xüsusiyyətləri və cəlbedici dizaynı yüksək satış rəqəmi əldə etməyi təmin edib.

 

Telefonun Amazon-dakı satış qiyməti 429 Avrodur.

14.07.2017 20:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ