Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Tarixdə ən böyük İPO olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tarixdə ən böyük İPO olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Səudiyyə Ərəbistanın dövlət nəzarətindəki neft və təbii qaz şirkəti "Saudi Aramco", tarixin ən böyük ilkin kütləvi yerləşdirməsinə (İPO) hazırlaşır. London və Nyu-York Birjaları "Saudi Aramco"nu "qapmaq" üçün vuruşurlar. İPO - şirkətin səhmlərinin ilk dəfə birjada investorlara açıq təklif olunmasıdır.

 

Reklam_3_11

"Saudi Aramco"nun 5 faiz səhmi üçün 2 trilyon dollarlıq İPO-su, ekspertlərə görə, tarixin ən böyüyü olacaq. İngilislər, İPO-nun London Qiymətli Kağızlar Birjasında (LSE)  həyata keçirilməsi üçün böyük səy göstərirlər. Tənzimləyicilər ilə birlikdə hazırlanan və dünən təqdim olunan təkliflərdə dövlət şirkətlərinin birjaya listinq olmasını asanlaşdıracaq yeniliklər var.

 

 Britaniya Maliyyə Nəzarət Palatası (FCA) bilavasitə ad verməsə də, qüvvəyə minməsi mümkün yeni aktların, Orta Şərqli enerji nəhəngi üçün hazırlanmış təəssüratı verdiyini deyir.

 

 İNGİLİSLƏR BAZAR QAYDALARINI DƏYİŞDİRƏCƏK

 

FCA, birjada dövlətlər tərəfindən idarə olunan şirkətlər üçün yeni kateqoriya yaradılmasını təklif edib. Yəni dövlət şirkətləri ilə onları nəzarət edən hakimiyyət gücləri, ya da sülalələr arasındakı əməliyyatlar zamanı digər şəriklərin razılığı alınmayacaqdır.

 

FCA sədri doktor Endryu Bailey, "Hakimiyyət qüvvələri, özəl sektor şəxs və ya şirkətlərindən həm motivasiyaları, həm də təbiətləri etibarilə fərqlidir. İnvestorlar uzun zamandır bunun fərqindədirlər və kapital bazarları bu cür ölkələrdən gələn digər investorlarla olan münasibətlərə yaxşı ayaq uydurublar",- deyib.
 
  
"SAUDİ ARAMCO" NİYƏ BU QƏDƏR DƏYƏRLİDİR?


 
Səudiyyə Ərəbistanının neft şirkəti, ötən ilin məlumatlarına görə, gündə 10 milyon bareldən çox neft hasil edir və bu dünyadakı hər hansı bir şirkətin istehsal etdiyindən daha çoxdur.  "Saudi Aramco"nun müasir neft emalı zavodları var və şirkət dünyanın ümumi neft ehtiyatlarının 6-da 1-inə sahibdir.


 
"Saudi Aramco"nun İPO-sunun arxasında  bir nömrəli şəxs olan Vəliəhd Şahzadə Məhəmməd bin Salman, İPO zamanı şirkətin 2 trilyon dollar dəyərə çatacağına iddia edir. Bəzi analitiklər təmkinli görünsə də, trilyon dolları üstələməsilə gözlənilən İPO- tarixdə ən böyük İPO-su olacaqdır.


 
Şirkətin dəyərini müəyyənləşdirəcək amillər neft qiymətləri və vergi dərəcələri olacaqdır. Səudiyyə Ərəbistanı, mart ayında "Saudi Aramco" üçün vergi faizini 85%-dən  50%-ə salmışdı.


 
2018-ci ildə reallaşması gözlənən İPO üçün Nyu-york ən böyük bazar olsa da mütəxəssislər "Saudi Aramco"nun ABŞ-ı seçim etməsi vəziyyətində hüquqi mənada çətinlik çəkəcəyinə diqqət çəkirlər.

15.07.2017 09:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ