Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"SOCAR Azərbaycan iqtisadiyyatı üçün kritik əhəmiyyətə malikdir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"SOCAR Azərbaycan iqtisadiyyatı üçün kritik əhəmiyyətə malikdir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Standard & Poor`s" (S&P) beynəlxalq reytinq agentliyi SOCAR-ın "BB" səviyyəsində olan uzunmüddətli korporativ kredit reytinqini "CreditWatch Negative" siyahısına daxil edib.


 
Tşkilatın yaydığı açıqlamaya görə, SOCAR-ın reytinqinin "CreditWatch Negative" siyahısına daxil olması bəzi qeyri-müəyyənliklərlə bağlıdır. Əsas qeyri-müəyyənlik SOCAR-ın maliyyə göstəricilərində 2016-cı ildə müşahidə olunan mənfi dinamikanın dövlət dəstəyi nəticəsində bu il əks istiqamətdə dəyişib-dəyişməyəcəyi ilə bağlıdır.


 
S&P SOCAR-ın maliyyə siyasətinin və dövlət şirkətinin rəhbərliyinin əsaslı xərclərə, likvidliyin idarə olunmasına və ticarət əməliyyatlarına yanaşmasının qeyri-müəyyən olduğunu bildirir.


 
Bununla yanaşı, agentliyin analitikləri SOCAR-ın reytinqinə müsbət təsir edən amilləri də açıqlayıb. Belə ki, agentlik hökumətin SOCAR-a verə biləcəyi dəstəyi "fövqəladə yüksək" səviyyədə qiymətləndirir. "Biz bir daha təsdiqləyirik ki, SOCAR neft-qazdan asılı olan ölkə iqtisadiyyatı üçün olduqca kritik rola malikdir. Buna baxmayaraq, biz hökumət tərəfindən SOCAR-ın konsolidasiya olunmuş maliyyə göstəricilərinə, əsaslı xərclərinə və risklərin idarə olunmasına necə nəzarət olunmasını nəzərdən keçirməliyik. Bundan başqa, bizə hökumət tərəfindən SOCAR-ın investisiya proqramına hansı formada dəstəyin verilməsi ilə bağlı detallı informasiya lazımdır", - deyə açıqlamada deyilir.


 
S&P həmçinin dövlət tərəfindən SOCAR-ın neft-qaz hasilatı ilə bağlı olmayan biznesinin (məsələn, Türkiyədə yerləşən kimya və neft emalı müəssisələrinin tikintisi və ticarət əməliyyatları) inkişafına veriləcək dəstəyin motivini də analiz edəcək.

 

© APA

15.07.2017 09:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ