Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Avtobuslarda gediş haqqı artırılacaq? - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtobuslarda gediş haqqı artırılacaq? - AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

"Aİ-92" markalı avtomobil benzininin tarifindəki dəyişikliyin yükdaşımaya, ictimai nəqliyyatda, o cümlədən, avtobusla müntəzəm sərnişin daşımaya hər hansı aidiyyəti yoxdur.

 

Bu barədə ötən gün "Aİ-92" markalı avtomobil benzininin tarifindəki dəyişikliklə bağlı Tarif (qiymət) Şurasından verilən açıqlamada qeyd olunur.

 

Şuradan bildirilib ki, ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, “Aİ-92” markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb:

 

"Lakin bununla belə qeyd edilməlidir ki, "Aİ-92" markalı avtomobil benzininin tarifindəki dəyişikliyin yükdaşımaya, ictimai nəqliyyatda, o cümlədən, avtobusla müntəzəm sərnişin daşımaya hər hansı aidiyyəti yoxdur. Belə ki, bu sahələrdə dizel yanacağından, bir sıra avtobuslarda isə maye və ya sıxılmış qazdan istifadə olunur. Həmçinin dəniz nəqliyyatı ilə yük və sərnişin daşımalarda da dizel yanacağından istifadə edilir. Hava nəqliyyatına gəlincə, bu sahədə də "Aİ-92" markalı avtomobil benzinindən deyil, reaktiv mühərrik yanacağından istifadə olunur. Göründüyü kimi, tarif dəyişikliyinin dizel yanacağına, aviabenzinə, maye və sıxılmış qaza aidiyyəti olmadığı üçün yük və sərnişin daşıma baxımından əlavə xərc yaratmır".

 

Tarif Şurasından benzinin tarifindəki dəyişikliyin taksi fəaliyyətinə təsiri ilə bağlı bildirilib ki, taksi fəaliyyəti ilə məşğul olan şəxsin nəqliyyat vasitəsi dizellə deyil, benzinlə işləyən avtomobildirsə və hər 100 kilometr məsafə üçün 10 litr benzin sərf edirsə, bu halda xərc hər kilometr üçün 2 qəpik artır, yəni 10 kilometr məsafə üçün gediş xərci 20 qəpik dəyişir. Bu sahədə kifayət qədər rəqabət olduğu üçün hansısa şirkət yersiz qiymət artımına gedərsə, bu onun müştəri itirməsi ilə nəticələnəcək.

 

XXX

 

“Aİ-92” markalı benzinin pərakəndə satış qiymətinin artmasına baxmayaraq, şəhərdaxili sərnişin avtobuslarında gediş haqqı artırılmayacaq.

 

Bunu açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

 

Onun sözlərinə görə, hazırda Bakı Nəqliyyat Agentliyində marşrut xətləri üzrə sərnişin avtobuslarında gediş haqqının artırılması ilə bağlı məsələ müzakirə edilmir.

 

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Tarif (qiymət) Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. 

 

© AzVision, Trend

15.07.2017 10:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ