Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ərəbistandan Azərbaycana böyük nümayəndə heyəti gəlir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ərəbistandan Azərbaycana böyük nümayəndə heyəti gəlir

Azərbaycan Səudiyyə Ərəbistanına investisiya layihələri paketini təklif edəcək. Bu barədə diplomatik mənbədən məlumat verilib. Təkliflər Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın qarşıdakı iclası zamanı təqdim olunacaq. Sayca 5-ci olan iclasın Bakıda oktyabrda keçirilməsi nəzərdə tutulur.

 

Reklam_3_11

Mənbənin verdiyi məlumata görə, təkliflər nəqliyyat, aqrar, tikinti və İKT sektorunu əhatə edir.

 

Layihə ilə bağlı Səudiyyə Ərəbistanından Azərbaycana böyük nümayəndə heyətinin səfəri gözlənir. Nümayəndə heyətinə dövlət strukturlarından, elecə də özəl sektordan nümayəndələr daxildir.

 

Hazırda hər iki tərəf ticari-iqtisadi və sərmayə münasibətlərinin inkişaf etdirilməsi üzərində iş aparır.

 

Qeyd edək ki, bu ilin sentyabr ayında "Azərbaycan Hava Yolları" Səudiyyə Ərəbistanından Azərbaycana birbaşa aviareyslər açmağı planlaşdırır. Bu, Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayını artıracaq, eləcə də Səudiyyə Ərəbistanına ziyarət etmək istəyən Azərbaycan vətəndaşları üçün gözəl imkan yaradacaq. Ümumiyyətlə son vaxtlar Səudiyyə Ərəbistanından Azərbaycana böyük turist axını müşaidə edilir.

 

Hökumətlərarası komissiyanın iclasının yekunlarına əsasən kənd təsərrüfatı, səhiyyə, turizm, informasiya-kommunikasiya texnologiyaları, tikinti, sosial təminat, media və başqa sahələri əhatə edən protokolun imzalanması planlaşdırılır.

 

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında 2017-ci ilin yanvar-iyun ayları ərzində mal dövriyyəsi 6,05 milyon dollar təşkil edib.

 

© Trend

16.07.2017 09:58

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ