Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Çimərliklərində dəniz suyunun temperaturu 26 dərəcə təşkil edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çimərliklərində dəniz suyunun temperaturu 26 dərəcə təşkil edəcək

İyulun 17-da respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb

.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.


Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 21-24° isti, gündüz 31-36° isti, Bakıda gecə 22-24° isti, gündüz 34-36° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 30-40 % olacaq.

 


Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava, əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacağı gözlənilir.

16.07.2017 10:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ