Azərbaycanda üç Turizm İnformasiya mərkəzi yaradılacaq

 

Qəbələ Turizm İnformasiya Mərkəzi, İsmayıllı Turizm İnformasiya Mərkəzi və Bərdə Turizm İnformasiya Mərkəzi yaradılacaq.

 

Bu, Nazirlər Kabinetinin “Qəbələ, İsmayıllı və Bərdə Turizm İnformasiya mərkəzlərinin yaradılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun  tarixli 196 nömrəli qərarı ilə təsdiq  edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi barədə”  qərarında əksini tapıb.

 

Mədəniyyət və Turizm Nazirliyinə yaradılan Turizm İnformasiya mərkəzlərinin saxlanılması xərclərini hər il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində həmin nazirlik üçün nəzərdə tutulmuş müvafiq vəsait dairəsində həyata keçirmək tapşırılıb. Turizm İnformasiya mərkəzləri “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda “Büdcədən maliyyələşdirilən qurumlar” bölməsinə daxil edilib. 

 

©APA

29 Dekabr 2017, 10:50   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, info@marja.az