Elektron qaimə faktura tətbiq ediləcək
Azərbaycanda ödənilmiş vergilərin büdcədən geri qaytarılma müddəti 45 gündən 20 günə endirilib. Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.
S.Musayeva həmçinin bildirib ki, 2017-ci ildən Azərbaycanda elektron qaimə faktura tətbiq ediləcək: "2017-ci ilin aprelindən etibarən dövriyyəsi 200 min manatdan çox olan vergi ödəyiciləri üçün elektron qaimə faktura tətbiq ediləcək. Dövriyyəsi 200 min manatdan aşağı olan vergi ödəyiciləri üçün isə elektron qaimə faktura 2018-ci ilin yanvarın 1-dən olacaq".
Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib ki, gələn il üçün dövlət büdcəsində vergi daxilolmaları üzrə öhdəliklər 7,5 mlrd. manat civarında təsdiq edilib və bu, minimum rəqəmdir: "Ölkə prezidentinin göstərişi belədir ki, cari büdcə xərcləri vergi və gömrük daxilolmaları hesabına qarşılanmalıdır. Düzdür, buna tam nail ola bilməmişik, amma bu yöndə işlər gedir. Dövlət Neft Fondundan olan ayrılmaların isə əsasən investisiya layihələrinə yönəldilməsi qarşıya məqsəd kimi qoyulub".
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 d. əvvəl
-
8 d. əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 27 d. əvvəl
- 30 d. əvvəl
- 53 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 3 saat əvvəl