Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Mərkəzi Bank 10%-ə saldı, tələb azalmadı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank 10%-ə saldı, tələb azalmadı

Mərkəzi Bankın keçirdiyi sonuncu depozit hərracında tələb təklifi 6 dəfə üstələyib. Yəni 100 milyon manatlıq təklifə qarşı 600,6 milyon manatlıq tələb olub.

 

Reklam_3_11

İqtisadçı Samir Əliyev son hərracı şərh edərək bildirib ki, yerləşdirmə faizinin növbəti dəfə dəhlizin minimal həddində (10,1%) dayanması Mərkəzi Bankın qərarına yenidən baxmasını və faiz dəhlizini 10%-dən də aşağı salmasını tələb edir:

 

-Faiz dəhlizi 12%-dən 10%-ə salınanda tələbin azalacağını gözləmək olardı, ancaq bu, baş vermədi. Səbəb sadədir: manat müvəqqəti də olsa sabitləşib və yerləşdirmə qısamüddətlidir. Sirr deyil ki, banklar əllərindəki vəsaitləri kreditə yönəltmək əvəzinə risksiz depozit hərracına yönəldir. Kreditləşmə valyuta bazarını qorumaq siyasətinin qurbanına çevrilir. Real sektorun problemlərinə monetar alətlərlə süni nəfəs vermək təşəbbüsləri problemi daha da ağırlaşdırır.

 

Hərracların nəticələri bankların mərkəzi qurumunun tələblərə yenidən baxmasını tələb edir. Ya yerləşdirmə müddətini artırmalıdır, ya da faiz dəhlizi daha da aşağı salınmalıdır. Birinci halda Mərkəzi Bankın faiz xərcləri artır və faiz çevikliyi imkanları azalır. İkinci variantda depozit hərracının cəlbediciliyi (xüsusilə məzənnə sabitliyi pozulduqda) azala bilər. Həmçinin ikirəqəmli inflyasiya fonunda faiz dəhlizinin yuxarı həddiylə aşağı həddi arasındakı intervalın genişləndirilməsi inflyasiya risklərini və faiz qeyri-sabitliyini artırır. Uçot dərəcələrini endirmək isə indiki halda tələsik addımdır. Problem depozit hərracında tələbin çoxluğunda deyil, bu qədər vəsaitin iqtisadiyyata töhfə verməməsindədir. Vəziyyət isə heç də ürəkaçan deyil. Yəqin ki Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirməkdə davam edəcək və təqdir etməməyimə rəğmən uçot dərəcəsini yuxarı hədlə birgə endirilməsini də istisna etmirəm.

17.07.2017 14:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ