Mərkəzi Bankdan Dollara dolayı həmlə!

 

Ötən cümə günüdən başlayaraq Dollar Manat qarşısında bahalaşır (Ətraflı: http://marja.az/news/10216?title=banklarda-dollar-qalxir-yenilenib). Mərkəzi Bank notlar ilə 200 milyon manatı yığaraq məzənnəyə dolayı müdaxilə etməyi planlaşdırır.

 

2017-ci ilin 19 iyul tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

 

 Birjadan “Marja”ya daxil omuş məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.

 

Notların buraxılış parametrləri aşağıdakılardır:

 

Dövlət qeydiyyat №-si

50100258S

Hərraca çıxarılan həcm

200 000 000 AZN

Bir notun nominal dəyəri

100 АZN

Notların tədavül müddəti

28 gün 

Ödəmə tarixi

 16.08.2017

 

AMB qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada  BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər.

 

Edilmiş dəyişikliyə əsasən, hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi 2-dən sayı  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

 

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

17 İyul 2017, 17:14   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin