Taciklər Sumqayıt Texnologiyalar Parkı ilə tanış olublar

STP-nin Kabel zavodunun istehsal etdiyi ifrat yüksək gərginlikli kabellərə xüsusi maraq göstərilib.

 

Ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri Nematullo Xikmatullozodanın rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkının (STP) fəaliyyəti ilə tanış olub.

 

STP-nin mətbuat xidmətindən "Marja"ya daxil olmuş məlumata görə, qonaqlara Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, qısa müddətdə Cənubi Qafqazda unikal müasir texnopark yaradılıb. Artıq 13 zavod və 25-dən artıq istehsal sahəsi işə salınıb. Qısa bir zamanda layihə əsasında daha bir neçə müəssisə də istifadayə veriləcək.

 

Fəaliyyət göstərən zavodlar, istehsal prosesi ilə yaxından tanış olan nümayəndə heyəti STP-nin Kabel zavodunun istehsal etdiyi ifrat yüksək gərginlikli kabellərə xüsusi maraq göstərib.

 

Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri Nematullo Xikmatullozoda müəssisənin iş prosesini maraqla izlədiklərini və Sumqayıt Texnologiyalar Parkının onlarda xoş təəssürat yaratdığını qeyd edib. Gələcəkdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasının vacib olduğunu bildirib.

17 İyul 2017, 17:27   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin