“SGS Azeri LTD” barədə pis xəbər

“SGS Azeri LTD” MMC-nin fəaliyyətində aşkar olunan nöqsanlara görə akkreditasiya attestatı ləğv edilib

 

“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən “SGS Azeri LTD” MMC-nin inspeksiya orqanında inspeksiya nəzarəti həyata keçirib.

 

Daha əvvəl məlumat verildiyi kimi, inspeksiya nəzarəti nəticəsində “SGS Azeri LTD”-nin inspeksiya orqanının Qumun, qırmadaşın, beton və beton qarışığının keyfiyyət göstəricilərinin təyini üzrə sınaq laboratoriyasının və Neft, qaz və kimya məhsullarının sınaq laboratoriyasının akkreditasiya attestatlarının qüvvədə olma müddətinin 30.04.2017-ci il tarixinədək dayandırılması və aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə qərar qəbul edilib.

 

"Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən “SGS Azeri LTD” MMC-nin sınaq laboratoriyaları AZS İSO/İEC 17025-2009 standartı, həmçinin müəssisənin inspeksiya orqanının AZS İSO/İEC 17020-2008 standartının tələblərinə uyğunluğu təkrar qiymətləndirilib.

 

Qiymətləndirmə zamanı aşkar edilmiş nöqsanlarla əlaqədar olaraq “SGS Azeri LTD” MMC-nin Qumun, qırmadaşın, beton və beton qarışığının keyfiyyət göstəricilərinin təyini və Neft, qaz və kimya məhsullarının sınaq laboratoriyalarının, həmçinin inspeksiya orqanının akkreditasiya attestatları ləğv edilib",- Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən "Marja"ya bildirilib..

17 İyul 2017, 17:49   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]