Avro Zonasında inflyasiya ECB hədəfindən uzaqlaşdı

Avropa Statistika Ofisinin (Eurostat) yekun məlumatlarına görə, 19 üzvlü Avro Bölgəsində mayda 1,4 faiz olan illik inflyasiya, ötən ay 1,3 faiz olaraq ölçülüb.


 
"Marja" xəbər verir ki, illik inflyasiya mayda 1,9%-dən 1,4%-ə geriləmişdir. Azalmanı iki aydır davam etdirən illik inflyasiya, 2017-nin ən aşağı səviyyəsinə enib.


 
Vahid valyuta ittifaqında iyun ayında yekun baza inflyasiya 1,1%-llik bazar gözləntisinin üzərində - illik 1,2 faiz artıb.


 
Avro Bölgəsində iyun ayında illik inflyasiyaya  ən çox müsbət təsiri yerləşdirmə xidmətləri, tətillər və tütün edib, telekommunikasiya, sosial təminat, çörək və taxıllar isə ən çox aşağı istiqamətli təsir edib.
 
 
AB-də illik inflyasiya 18 ölkədə azalıb

 
 
28 üzvlü Avropa Birliyində (AB) illik inflyasiya maydakı 1,6%-dən iyunda 1,4%-ə geriləyib.


 
AB-də iyunda ən aşağı illik inflyasiya faizi mənfi 0,6% ilə İrlandiya, 0,4 faiz ilə Danimarka və  0,7% ilə də Rumıniyada qeyd edilib. Ən yüksək illik inflyasiyaya malik ölkə 3,5% ilə Litva olub.  


 
Bir əvvəlki ay ilə müqayisədə AB-də, iyunda illik inflyasiya 18 ölkədə azalıb, 3 ölkədə dəyişməyib və 6 ölkədə də artıb.


 
Digər tərəfdən, ECB, Avro Bölgəsində bu il üçün orta 1,7%-lik inflyasiya gözləntisini 1,3%-ə endirmişdi.


 
Avro Zonasında pul siyasətini həyata keçirməyə cavabdeh olan Avropa Mərkəzi Bankı (AMB, ECB), regionda qiymət sabitliyini təmin etmək üçün 2%-ə yaxın səviyyədə inflyasiya hədəfləyir. Bank, bu istiqamətdə aylıq 60 milyard avroluq qiymtli kağız alışı proqramı və aşağı faiz siyasətini da əhatə edən bir sıra tədbirlər həyata keçirir.

17 İyul 2017, 18:10   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin