"SOCAR Turkey Petrol Energy" ilə "Qazpromneft-Aero" arasında saziş imzalanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə neft məhsullarının tədarükü üzrə törəməsi - “SOCAR Turkey Petrol Energy” şirkəti və “Qazpromneft-Aero” (“Qazprom neft”in təyyarə yanacağı biznesi üzrə operatoru) arasında saziş imzalanıb.

 

Bu barədə “Qazprom-neft” məlumat yayıb.


Sazişə əsasən, “SOCAR Turkey Petrol Energy”nin tərəfdaşları olan aviasiya şirkətləri “Qazpromneft-Aero” şirkətinin çalışdığı hava limanlarında yanacaq doldura biləcəklər.


Sazişə görə, iyun ayında “Qazpromneft-Aero”nun Rusiyada hava limanlarındakı şəbəkəsində “SOCAR Turkey Petrol Energy”yə çıxış açılıb və onun müştərisi “Pegasus Airlines” Novosibirskdəki Tolmaçevo hava limanında yanacaq doldurmağa başlayıb.


Ümumi illik tədarükün həcmi 1 100 tondan çox aviasiya yanacağı olacaq.


“Qazpromneft-Aero” şirkətinin baş direktoru Vladimir Yeqorov bildirib ki, təyyarə yanacağı üzrə tədarükçü olan “SOCAR Turkey Petrol Energy” şirkəti ilə əməkdaşlıq “Qazpromneft-Aero”nun beynəlxalq biznesinin inkişafında vacib addımdır: “Bu, 2010-cu ildən çalışdığımız regionda mövqeyimizi möhkəmləndirəcək. Gələcəkdə “SOCAR Turkey Petrol Energy” ilə əməkdaşlıq genişləndirilərək Rusiya və MDB ölkələrinin hava limanlarında, eyni zamanda Rusiya şirkətlərinin Türkiyə hava limanlarında yanacaq doldurması həyata keçiriləcək”.


“SOCAR Turkey Petrol Energy” şirkətinin beynəlxalq satış üzrə direktoru Alp Qaraxan bu əməkdaşlığın əhəmiyyətli olduğunu bildirib: “Biz müştərilərimizə təyyarə yanacağı sahəsində daha geniş şəbəkə və yüksək keyfiyyətli xidmət təklif etmək üçün güclərimizi birləşdiririk. Əminik ki, yeni saziş gələcəkdə iki şirkət arasında biznesin mümkün istiqamətlərində daha geniş və hərtərəfli əməkdaşlığa imkan yaradacaq”.

 

© Report

17 İyul 2017, 18:30   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]