Qazaxstan Milli Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi iclasda uçot dərəcəsini dəyişməyərək 10,5% səviyyəsində sabit saxlayıb.
Bu barədə bank məlumat yayıb.
Məlumatda bildirilir ki, proqnoz inflyasiyanın ortamüddətli perspektivdə tədricən zəifləməsi baza uçot dərəcəsinin istər qısamüddətli, istərsə də 12-18 aylıq dövrdə real faiz həddinin iqtisadi artım templərinə uyğunlaşdırılması baxımından azaldılmasına imkan yaradır.
Qeyd edək ki, Qazaxıstanda iyun ayında illik inflyasiya 7,5% təşkil edib. İyunda Milli Bank uçot dərəcəsini 11%-dən 10,5%-ə endirib. Bankın növbəti iclası avqustun 21-də keçiriləcək.
© Report