Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Rusiyada 7.8 bal gücündə zəlzələ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyada 7.8 bal gücündə zəlzələ

Rusiyanın şimal-şərqindəki Kamçatka Yarımadası yaxınlığında 7,8 bal gücündə zəlzələ baş verib.


 
ABŞ Geoloji Araşdırma Mərkəzindən (USGS) bildiriblər ki, zəlzələ Kamçatka Yarımadası yaxınlığında, Berinq Dənizində olub.

Reklam_3_11


 
 Açıqlamada, zəlzələnin mərkəzinin Alyaskanın cənubundakı Near Arxipelaqlarının qərbi olduğu bildirilib.


 

Zəlzələ  200 kilometrlik bir məsafəyə təsir edib.


 
ABŞ-dan də hiss edilən zəlzələ ilə bağlı açıqlama verən ABŞ Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi isə zəlzələnin mərkəzindən 300 kilometrədək məsafədə olan sahillərdə "sunami təhlükəsi" barədə xəbərdarlıq edib.

 

Mərkəzin açıqlamasında, ABŞ-ın Kaliforniya, Oreqon, Vaşinqton və ya Alyaska sahilləri üçün belə bir qorxunun olmadığı ifadə edilib.

 


Peruda 6,6 gücündə zəlzələ baş verib


Perunun cənubunda 6,6 gücündə zəlzələ baş verib.


 
RİA Novostinin verdiyi xəbərə görə, yeraltı təkanların episentri Kamana şəhərindən 104 km qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
 


Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib. 


 
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Komandor adaları yaxınlığında, Berinq dənizində 7,4 bal gücündə zəlzələ baş verib.

 

18.07.2017 05:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ