Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Banklar bu vergini tutub büdcəyə ödənilməsini təmin etməlidirlər”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Banklar bu vergini tutub büdcəyə ödənilməsini təmin etməlidirlər”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Elektron ticarət qaydasında qeyri-rezidentlərdən işlər və xidmətlər alınan zaman 18%-lik əlavə dəyər vergisini banklar ödəmə mənbəyində alıcıdan tutub büdcəyə ödəməyə borclu olacaqlar.

 

“Marja”nın məlumatına görə, bunu Vergilər Nazirliyində keçirilmiş mətbuat konfransında Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.

 

“Elektron qaydada qeyri-rezidentdən alınan elektron xidmət və işlərin dəyərinin üzərinə banklar tərəfindən 18% əlavə dəyər vergisi əlavə ediləcəkdir. Bu vergini qeyri rezidentlərdən elektron qaydada xidmət və işləri alan istehlakçılar ödəyəcəkdir. Banklar bu vergini mənbədə tutub dövlət büdcəsinə ödənilməsini təmin etməlidirlər. Elektron ticarətin vergiyə cəlb edilməsilə bağlı nəzarət tdbirləri Vergilər Nazirliyinin səlahiyyətindədir və qanunvericiliyin pozulmasına görə vergi ödəyicilərinə sanksiyaların tətbiq edilməsi nəzərdə tutulub”.

 

Qeyd edək ki, ƏDV xarici saytlardan alınan mallara şamil edilmir. Söhbət işlərdən və xidmətlərdən gedir.

 

Qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərə əsasən, elektron ticarət qaydasında qeyri-rezidentlərdən işlərin və xidmətlərin təqdim edilməsinə, habelə elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə ƏDV, alıcının olduğu yerdə tətbiq ediləcək.

29.12.2016 08:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ