Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Azərbaycan Sənaye Sığorta”dan 2,3 milyon manatlıq ödəniş

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycan Sənaye Sığorta”dan 2,3 milyon manatlıq ödəniş
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Sənaye Sığorta” ASC 2017-cı ilin 6 ayı üçün sığorta ödənişləri və fəaliyyəti ilə bağlı məlumatları açıqlayıb.

 

Reklam_3_11

Şirkətdən “Marja”ya verilən məlumata görə, göstərilən müddət ərzində 2 312 466 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bu məbləğin 336 692 manatı İcbari sığorta növləri üzrə, 1 975 774 manatı isə könüllü sığorta növlərinin payına düşür. Şirkətin ən böyük sığorta ödənişi Kənd təsərrüfatı bitkilərinin sığortası növü üzrə 1 318 065 manat olmuşdur. Qeyd edək ki, bu ödəniş sığorta bazarında bu növ üzrə ən böyük sığorta ödənişidir.

 

"Şirkət 2017-ci ilin ilk yarımilliyində Kənd təsərrüfatı bitkilərinin sığortası ilə bağlı Ukrayna ekspert şirkətilə əməkdaşlığa başlamış, təkrarsığorta təminatı olaraq, xarici təkrarsığortaçılarla yeni müqavilələr imzalamış, daşınmaz əmlakın sığortası növü üzrə də “Dreamland Golf Resort”u sığortalamışdır. Şirkət həmçinin Tibbi sığorta və korporativ sığorta xidmətləri ilə bağlı məmnuniyyət araşdırmaları aparmış, İqtisad Universiteti ilə birgə yazı yarışması keçirmiş, “İkiqat şans” və “Yaya Hazırsan?” stimullaşdırıcı lotereyanın sığorta tərəfdaşı olmuşdur.

 

Bundan başqa, könüllü tibbi sığorta xidməti göstərilən müəssislərdə, yeni sığorta ili üçün göstərilən xidmətlərlə bağlı təqdimatlar keçirmiş, yaranan sualları cavablandırmış, irad və təklifləri diqqətə almışdır", - Şirkətin məlumatında deyilir.

 

İlin sonunadək Şirkət buna bənzər araşdırmaların, yeni əməkdaşlıqların həyata keçirilməsini davam etdirəcəkdir.

18.07.2017 08:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ